Autotrade.az

Autotrade.az Our service is for all countries. You can contact us. Just send your request to us, and we kindly answering your request ASAP.

02/08/2024

salam hörmətli səhifə üzvləri. Amerikadan auksiondan (Copart, IAA) avtomobil, almaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.
Münasib qiymətə istənilən avtomobili gətiririk.
Əlaqə 0557488001

Chevrolet Cobalt & Ravon R4 almağa dəyərmi?İlk vaxtlarda 2004-2010 cu illərdə General Motorsa aid Chevrolet Cobalt Brazi...
01/16/2023

Chevrolet Cobalt & Ravon R4 almağa dəyərmi?

İlk vaxtlarda 2004-2010 cu illərdə General Motorsa aid Chevrolet Cobalt Braziliya bazarı üçün nəzərdə tutulmuşdur. 2011 ci ildən avtomobillər indi tanıdığımız kuzada inkişaf etməkdə olan ölkələr üçün istehsal olunurdu. Daha sonra UzAuto Motors (GM Uzbekistan) Ravon markası ilə bu avtomobilləri həm daxili bazar üçün həm də eksoprt məqsədi ilə istehsal etməyə başladı.
Onu da qeyd etmək lazımdır ki, Chevrolet Cobalt və Ravon R4 ü demək olar ki, loqodan başqa heç nə fərqləndirmir. Mühərrik, sürətlər qutusu, asqı, ban hər iki avtomobildə eynidir.
Aşağıda avtomobilin müsbət və mənfi tərəfləri qeyd olunub.

Mühərrik B15D2 (Stec 16v)

1.5 litr həcmdə olan, 16 klapanlı, 4 silindrli sepli atmosfer mühərrik 107 at gücünə sahibdir. İllərdir ki, bu mühərrik özünü müsbət cəhətdən doğruldub və 92 markalı benzinlə hətta qazla da problemsiz işləyir.
Chevrolet Cobalt & Ravon R4 başqa Ravon R3 və Daewoo Gentra avtomobilləri də eyni mühərriklə təchiz olunublar. Taksi sürücülərinin sevimlisi olan bu avtomobillər ən azı 350,000 km qədər heç bir problem yaratmırlar. Sözsüz ki, vaxtı vatında lazımi texniki qulluq göstərildiyi halda.
350,000 dən sonra mühərrikin sepini dəyişmək, klapanları tənzimləmək kimi ehtiyaclar yarana bilər.
Üstün cəhəti odur ki, bu mühərriklər çuqundan hazırlanıb və olduqca sadə olduğundan ustası və ehtiyyat hissələri rahat tapılır. Təbii ki, büdcə avtomobili olduğuna görə fantastik xərcləri olmur.
Mühərrikin yağ tutumu 3.8 litr təşkil edir və 5w30 tipli yağ tökmək məsləhət görülür. Yanacaq sərfiyyatı şəhər içi 7-8 litr, trasda 5-6, qarışıq rejimdə 6.5 litr təşkil edir.
Mühərrikin sadə və az həcmli olduğuna görə avtomildən yüksək dinamika gözləməyin.

Sürətlər qutusu

Chevrolet Cobalt & Ravon R4 avtomobilləri 2 cür sürətlər qutusu ilə olur. 5 pilləli mexaniki və 6 pilləli avtomat. Mexanika transmissiyalı avtomobillər yanacağa 1-1.5 litr daha qənaətçil olur. Uzaq yol sürənlər üçün mexaniki, şəhərdə sürənlər üçün avtomat daha məqsədəuyğundur. Dözümlülük baxımından hər iki sürətlər qutusu etibarlı hesab olunur. Mexaniki sürətlər qutusunda cüzi kənar səslər ola bilir. Amma bu nasazlıq demək deyil. Sadəcə “xəstəlik” hesab olunur.
Yalnız avtomat sürətlər qutusunun yağını 50-60 min km dəyişmək tövsiyə olunur. Çünki yağdəyişmə zamanı transmissiyanın filteri dəyişilmir. Dəyişilməsi üçün gərək karobka sökülüb çıxarılsın. Bu da vaxt aparan və mürəkkəb işdir. Avtomat sürətlər qutusunun yağını peşəkarlara dəyişdirmək olduqca vacibdir.
Belə ki, qeyri peşəkarlar yağı qismən dəyişirlər bu da onun gələcəkdə daha tez çirklənməsinə gətirib çıxarır. Peşəkarlar isə yağı tam olaraq xüsusi cihazla çıxarır və yenisini tökürlər. Təxmini 8 litr Dexron 6 yağı gedir.
Zavoddan gələn transmissiya yağını isə ilk 30,000 km ə qədər dəyişmək mütləqdir. Çünki üstündə gələn yağ keyfiyyətsiz və ucuz olur.

Asqı

Chevrolet Cobalt & Ravon R4 avtomobillərində ön asqı makferson, arxa da isə torsion asqıdır. Səliqəli sürüldükdə bu asqılar 150, 000 km ə kimi ciddi xərc tələb etmir. Bu asqılar sadə və rahat təmir oluna bilinəndir. Ehtiyyat hissələri və ustaları rahat tapılır. Ehtiyyat hissələrini hətta bir neçə qiymət kateqoriyasında olur.
Bu avtomobillər erqonomik və yumşaqdır. Yüngül yolsuzluqda olduqca komfortludur.
Klirensi 16 mm təşkil edir və bu avto üçün şəhərdəki çuxurlar və kəndin avtomobil yolları qorxulu deyil.

İnteryer

Avtomobilin salonu geniş, rahat və çox sadədir.
Amma salonun plastik elementləri keyfiyyətsiz və ucuz materiallardan hazırlanıb. Metal və küt alətlə yüngül toxunuşdan belə cızıla bilir. Klimat kontrol mövcud deyil amma qabaq oturacaqların isidilməsi funksiyası var. Maqnitafon çox sadə olsada flash kart yeri var.
Qabaq oturacaqlar biraz balacadır. Stul effekti yaradır. Arxa oturacaqlar geniş və rahatdır. 185 sm hündürlükdə insan oturanda başı tavana dəymir. Arxa sərnişinlər üçün işıq yoxdur.

Eksteryer və ban

Avtomobilin xarici görünüşü çox da ürəkaçan deyil. Bəyənənlər də ola bilər əlbəttə. Chevrolet Cobalt & Ravon R4 metalı da çox nazikdir. Xüsusilə qapılar və dam hissəsi. Bu da təhlükəsizlik baxımından vacib məsələdir.

Baqaj

Öz sinfinə görə 543 litr həcmində olan baqaj çox böyükdür. Əlavə olaraq arxa oturacaqlar qatlana biləndir və uzun yükləri rahatlıqla daşımaq olur.
Baqaj yalnız açarla və ya pultla açıla bilir. Mühərrik işləyən zaman baqajı açmaq olmur. Bəzi sürücülər bu problemi həll etmək üçün salonda düymə quraşdırır.

Yekun qeyd

Əgər siz yüksək sürət, dinamika həvəskarı deyilsizsə və uzaq yolda tez tez ötmə əməliyyatları edən birisi deyilsinizsə əgər sizin üçün dözümlülük, qənaət və praktiklik önəmlidirsə bu avto sizin üçündür. Əgər ustaların qarajlarında saatlarla gözləmək istəmirsinizsə, əgər insanların fikri sizin üçün önəmli deyilsə, “qaqa bu qiymətə mən filan filan maşından alardım, bu nədi almısan?!!?”o zaman bu avtomobil (xüsusilə təzəsi) sizin üçündür. Sizə gündəlik, insanı incitməyən, yolda qoymayan sadə maşın lazımdırsa bu doğru seçimdir.
Əgər siz göstəriş üçün yaşamağı sevən, statusa görə yaşayan birizsə bu avtomobildə gözlədiyiniz “hörməti” ala bilməyəcəksiniz. Cəmiyyətdə bu avtomobili bəzən çin avtomobili hesab edənlər də olur )
Axıra kimi oxuduğunuz üçün təşəkkürlər. Seçiminizdə uğurlar. Bu yazını səhifəyə istinadən paylaşa bilərsiniz. Səhifəyə istinadən götürüb paylaşmağa halallıq verilmir.

*** Səhifəni bəyənib paylaşın lütfən***

Hər kəsə Salamlar Dostlar! Çox saylı müraciətləri nəzərə alaraq sizlər üçün yeni bir   var. Amerika-dan xüsusi ilə   və ...
12/16/2022

Hər kəsə Salamlar Dostlar!

Çox saylı müraciətləri nəzərə alaraq sizlər üçün yeni bir var. Amerika-dan xüsusi ilə və ştatından maşın ehtiyyat hissələri sifarişinə start veririk. Sizdən tək bir istəyimiz olacaq ki, 1) Sifariş etmək istədiyiniz maşınların ehtiyyat hissəsini alınsa cari şəkillərini yaxşı keyfiyyətdə olmaq şərti ilə 2) Texniki pasportlarınızla bizə şəxsiyə göndərəsiniz. Detalların işlənmiş yaxud yeni olmasını kimi məlumatları bizə göndərəndə mesajda qeyd etmənizi sizdən xahiş edirik. Biz həmin detallar haqqında məlumatlar toplayıb, hazırkı Amerika bazar qiymətində və yaxud ondan daha ucuz sizlərə təqdim edəcəyik. Ödənişsiz çatdırılma xidməti metro ətrafı, və şəhərlərinə aid edilir. Digər bölgələrə yalnız poçt ilə göndərilir.

QEYD1: Detalın ölçüsündən aslı omayaraq məhsulun ən tez çatdırılma müddəti minimum 15 iş günüdür.(Amerika-Azərbaycan)
QEYD2: Detalın ölçüsündən aslı omayaraq məhsulun qutuda hazırlanıb, qablaşdırılıb hazırlanması bizim xidmətimizə daxildir. Əgər bütün məlumatlar doğrudursa məhsul sizin ünvana yaxın POÇT-a çatdırılacaq.
QEYD3: Bizim tərəfdən evinizə çatdırılma olacaqsa, əlavə ödəniş etməli olacaqsınız. (Məsafəsindən aslı olaraq 10-50AZN)

--------------------------------------------------------------------------------------

Greetings to all, friends!

Given the many requests, we have a new project for you. We are starting to order auto parts from America, especially York and Jersey. We will have only one request from you: 1) If you buy car parts that you want to order, you send us actual photos, provided they are of good quality, and 2) you should send us your technical data sheets personally. When you send us information, such as whether the data has been processed or is new, we ask you to indicate this in the message. We will collect information about these parts and provide them to you at the current market price in the US market or less. The delivery service covers the area of the Baku Metro, the cities of Sumgayit and Khirdalan. In other regions, it is sent only by mail.

NOTE 1: Depending on the size of the product, the fastest delivery time is at least 15 business days. (America-Azerbaijan)
NOTE 2: Our services include boxed product preparation, packing, and preparation according to the part size. If all information is correct, the item will be delivered to the nearest PO box to your address.
NOTE 3: If we deliver to your address, You will have to pay extra for home delivery. (10-50 AZN depending on the distance)

Attention!!! Shipping price depends on the country.

Hər kəsə Salamlar Dostlar! Çox saylı müraciətləri nəzərə alaraq sizlər üçün yeni bir   var.  Amerika-dan xüsusi ilə   və...
12/12/2022

Hər kəsə Salamlar Dostlar!

Çox saylı müraciətləri nəzərə alaraq sizlər üçün yeni bir var. Amerika-dan xüsusi ilə və ştatından maşın ehtiyyat hissələri sifarişinə start veririk. Sizdən tək bir istəyimiz olacaq ki, 1) Sifariş etmək istədiyiniz maşınların ehtiyyat hissəsini alınsa cari şəkillərini yaxşı keyfiyyətdə olmaq şərti ilə 2) Texniki pasportlarınızla bizə şəxsiyə göndərəsiniz. Detalların işlənmiş yaxud yeni olmasını kimi məlumatları bizə göndərəndə mesajda qeyd etmənizi sizdən xahiş edirik. Biz həmin detallar haqqında məlumatlar toplayıb, hazırkı Amerika bazar qiymətində və yaxud ondan daha ucuz sizlərə təqdim edəcəyik. Ödənişsiz çatdırılma xidməti metro ətrafı, və şəhərlərinə aid edilir. Digər bölgələrə yalnız poçt ilə göndərilir.

QEYD1: Detalın ölçüsündən aslı omayaraq məhsulun ən tez çatdırılma müddəti minimum 15 iş günüdür.(Amerika-Azərbaycan)
QEYD2: Detalın ölçüsündən aslı omayaraq məhsulun qutuda hazırlanıb, qablaşdırılıb hazırlanması bizim xidmətimizə daxildir. Əgər bütün məlumatlar doğrudursa məhsul sizin ünvana yaxın POÇT-a çatdırılacaq.
QEYD3: Bizim tərəfdən evinizə çatdırılma olacaqsa, əlavə ödəniş etməli olacaqsınız. (Məsafəsindən aslı olaraq 10-50AZN)

--------------------------------------------------------------------------------------

Greetings to all, friends!

Given the many requests, we have a new project for you. We are starting to order auto parts from America, especially York and Jersey. We will have only one request from you: 1) If you buy car parts that you want to order, you send us actual photos, provided they are of good quality, and 2) you should send us your technical data sheets personally. When you send us information, such as whether the data has been processed or is new, we ask you to indicate this in the message. We will collect information about these parts and provide them to you at the current market price in the US market or less. The delivery service covers the area of the Baku Metro, the cities of Sumgayit and Khirdalan. In other regions, it is sent only by mail.

NOTE 1: Depending on the size of the product, the fastest delivery time is at least 15 business days. (America-Azerbaijan)
NOTE 2: Our services include boxed product preparation, packing, and preparation according to the part size. If all information is correct, the item will be delivered to the nearest PO box to your address.
NOTE 3: If we deliver to your address, You will have to pay extra for home delivery. (10-50 AZN depending on the distance)

Mersedes w221 (2006-2013)Mersedes S klass deyəndə yüksək komfortlu, geniş, sürətli və lüks biznes klass avtomobili ağıla...
07/03/2018

Mersedes w221 (2006-2013)

Mersedes S klass deyəndə yüksək komfortlu, geniş, sürətli və lüks biznes klass avtomobili ağıla gəlir. Təsadüfi deyilki əksər dövlət işçiləri, biznesmenlər, şirkət rəhbərləri və hətta ölkə başçıları Mersedes S klass avtomobilini seçir. Baxaq görək işlənmiş S klass almaq bu gün nə dərəcədə məqsədəuyğundur. Söhbət w221 kuzada buraxılan (2006-2013) avtomobildən gedir:

Mühərrik
Ən məşhur mühərriklər M272 ve M273 dür. Bunlar V6 V8 benzin tipli 3.0, 3.5, 4.7, 5.5 və s həcmli mühərriklərdir.
Benzin mühərrikləri bir neçə problemləri ile tanınır. Bunlardan ən əsası QRM sepi ile bağlı yaranan problemdir.
Bəs mühərrikdə yaranan problemlərin qaynağı nədir? Bildiyimiz kimi Mersedes S klass avtomobillerinin əsas alıcıları vəzifəli, imkanlı adamlardı. Avtomobili çox vaxt sürücü idarə edir. Avtomobilin sahibi iş göruşməsi və ya digər bir işinin dalınca gedərkən sürücü ( qış aylarında salonu qızdırır, yayda isə soyudur) yəni mühərrik durmadan işləyir. Resurs azalir.
Heqiqətən, 10 illik avtomobili alarkən onun 150-200 min km yol getdiyini görə bilərik ve bu real ola bilər, bəs mühərrik nə qədər “xalastoy” işləyib onu bilmək olmur.
Bu səbəbdən bu avtomobildən almaq istəyənlər mütləq şəkildə mühərriki yaxşı ustada diaqnostika etdirməlidir. Hər dəfə diaqnostikaya pul ödəməmək üçün əvvəlcə özünüz bir neçə sadə yoxlama əməliyyatını aparın:
Avtomobilə baxmağa gedərkən sahibinə mühərriki soyuq halda yoxlamaq istədiyinizi bildirin. Ən azI 18 -20 saat sürülməmiş avtomobil (qış aylarında). Yay aylarinda isə minimum 1 gün yatmış olsun. Mühərriki soyuq halda işə salın ve diqqətlə qulaq asin. Mühərrikdən hər hansı bir naməlum səs, taqqıltı, sürtünmə səsləri gəlməməlidir. Əgər gəlirsə deməli QRM sepi boşalıb. Qeyd: bu avtomobillərdə sep dəyişilərkən ulduzlar, natyajitellər ve s birlikdə dəyişilir. Bu da təbii ki, xərcləri artırır. Əgər avtomobilin sahibi sepin deyişilmə vaxtını ötürübsə çox büyük ehtimal var ki yaxın zamanda mühərrikin təmirə ehtiyaci olacaq.
M272 6 silindrin en məhşur problem sepdir.
Əgər “check engine” yazilarsa bunu ciddiyə almaq lazımdır ve dərhal ustaya getmək lazımdır. Bəzən sürücüler bunu p*s yanacaqla əlaqələndirib ustaya getmirlər ve öz özünə sönəcəyinə ümid bağlayırlar. Bu ise mühərrikin sıradan çixmasına gətirib çıxara bilər. Səbəb isə yağ filtri ilə bağlı ola bilər. Bəzi hallarda filtr yağ axıda bilir. Bu xəstəlikdir. Yağın səviyyəsini daim diqqətdə saxlamaq lazımdır.
Deyirlər ki, sep 200-300 min getməlidir amma mühərrikin uzun ömürlü olması üçün sep 100 min km də dəyişilməlidir. 100 minden sonra avtomobilin yavaş yavaş digər problemləri başlayır. Qarantiya biten kimi. Düşündürücü məqamdır, niyə məhz qarantiya bitən kimi?
Digər bir problem “vipusknoy kollektor” – la bağlıdır. Belə ki, zaslonka (plastik) zaman ötdükcə öz elastikliyini itirir ve sıradan çıxır. Ən p*s halda yüksək təzyiqde bu zaslonka mühərrikin içinə girə bilir ( nadir hallarda olur) ve bu halda müherrik kapital təmirə gedir. Mühərrik qeyri stabil işlədikdə, tyaqa itdikdə (avtomobil çəkməyəndə) ve s “vipusknoy kollektor” dakı problemə işarə edir.
Qeyd edək ki, zaslonka özü ayrıca satılmır. Dəyişiləndə gərək vipusknoy kollektorla birlikdə dəyişilsin.
Bundan sonra gələn digər məşhur problem mühərrikin “gilza” etdirilməsidir. Problem nədən ibarətdir: Silindrlərin yanması səbəbindən mühərrik sökülüb açılmalır ve zavadskoy olmayan vkladışlar qoyulur. Bu əməliyyat çox bahadır. ( Bir neçə min manat ) Bu 6 silindrli mühərriklərə aiddir. Təbii ki 8 ve 12 silindr daha baha olacaq.
10 illik avtomobillərdə bu problemin yaranması ehtimalı çox böyükdür.
Bu mühərriklər qətiyyən yağ azlığını sevmirlər. Bir balaca bu məsələdə nöqsana yor verildisə mühərrik kapital remonta getməli olacaq.
W221 alarkən çalışmaq lazımdır ki, avtomobili ilk sahibindən alasız. Düzdür bu çətin olacaq amma yaxşi avtomobil tapmaq nə vaxtdan asan olub? Hələ hələ 10 illik avtombildirsə.
W221 dizel mühərrikləri daha uzun ömürlü ve dözümlüdür. Əsas problem yaradan məsələ yanacaq sisteminin təmizlənməsidir. Nəzərə alsaq ki bizdə dizel keyfiyyətsizdir bu problem 200-250 minden sonra başlaya bilər. Digər tərəfdən dizel mühərriklər çox qənaətçil olur.
M273 mühərriklərdə (4.7 – 5.5 ) yanacaq sərfiyyatı 30 litrə yaxındır.
W221 daha bir məqam var ki, katalizator xarab olanda avtomobil xoda düşmür.

Ötürücü qutu
Karobka 7 g tronik – çox da yaxşı hesab olunmur ( elektronniy blok 100 minden sonra xarab ola bilir ) dəyişilməsi çox baha başa gələcək.
5 pilləli isə nisbeten daha yaxşı sayılır

Salon
Bu avtomobillərin salonuna söz ola bilməz – çox keyfiyyətli, rahat və genişdir. Çoxfunksional olması sürücünün həm təhlükəsizliyi həm də rahatlığı üçün nəzərə alınıb. Misal üçün air body control, 9 airbag bütün avtomobillərdə standart olaraq, ESP Dynamic Cornering Assist, Traffic Sign Assist with Speed Limit Assist, ATTENTION ASSIST, ADAPTIVE BRAKE, DISTRONIC PLUS və onlarla digər funksiyalar.

Asqı
Asqi çox qolludur və əgər pnevma varsa avtomobilin olduqca komfortlu olduğunu hiss edəcəksiz. Bu xüsusi bir zövq yaşadacaq. Ancaq pnevma çox da etibarlı sayılmır. Xarab olan kimi avtomobil yerə yatır.
Imkan daxilinde sadə variant seçin.
Asqida xüsusi bir zəif yer yoxdu ancaq çox qollu olduğundan xərcləri çox olacaq. Onu da qeyd edək ki, bu mersedesdir. Ehtiyyat hissələri ucuz olmayacaq.

Yekun qeyd.
Bu məqaləni yazmaqda səbəb avtomobili p*sləmək deyil. Hamıya məlumdur ki Mersedes super avtomobildir. Söhbət işlənmiş - 8-10 illik avtomobillərdən gedir. Ve Mersedes ela avtomobildir deyib 2 ci 3 cü əl avtomobil alarkən normal şəkildə yoxlamadan almağın riskli olduğunu çatdırmaq istədik. Çünki avtomobil sahibləri fərqli olur. Avtomobilə vaxtı vaxtında qulluq edən insanlar da olur, laqeyd yanaşanlar da olur. Seçiminizdə uğurlar.

Xahiş olunur məqaləni paylaşdıqda Autotrade səhifəsinə istinad etməyi unutmayın.

Nissan X-trail   X-trail  “X”- tam otürücü simvolu “trail” isə yolsuzluq mənasını daşıyır. Bu avtomobil 2000 ci illərin ...
10/30/2017

Nissan X-trail

X-trail “X”- tam otürücü simvolu “trail” isə yolsuzluq mənasını daşıyır. Bu avtomobil 2000 ci illərin ən məşhur və ən yaxşı krossoverlərindən biri hesab olunurdu. Nissan X-trail bu gunə kimi Hyundai Tucson, Honda CR-V və Toyota RAV4 avtomobillərinin rəqibi olaraq qalır.
Nissan X-trail 2000-2007 ci illərdə kohnə kuzada, 2007-2013 cü illərdə isə yeni kuzada buraxılıb. Yalnız 2009 cu ildə facelift olmuşdur yəni xarici görünüşündə biraz dəyişmişdir.
Əgər sizə və ailənizə geniş, gündəlik şəhər avtomobili və ara sıra şəhərdən kənarda sürmək üçün, hər fəsilə uyğun, hündür və dözümlü avtomobil lazımdırsa X-trail sizə görədir. Yalnız aşağıdakı məqamları diqqətlə oxumağınız tövsiyyə olunur.

Mühərriklər
X-trail 3 növ mühərriklə təchiz olunub: 2.0 l benzin, 2.5 l benzin və 2.0 dizel.
2.0 litr, 141 at gücü olan köhnə mühərriklər olduqca etibarlı sayılır. Doğrudur, bu mühərriklərin gücü avtomobilin çəkisinə və krossover olduğuna görə zəif ola bilər ancaq burada xroniki problemə rast gəlinmir. Bu mühərriklərdə qayış zəncirdir və boşalma kimi nasazlığı olmur. 40-50 min km dən bir şamlar dəyişilərsə və forsunkalar yuyularsa bu mühərrik uzun müddət problem yaratmaz. Yanacaq sərfiyyatı şəhər içi 10-13 litr, trasda 6.5-7 litr.
2.5 litr, 175 at gücü olan mühərrik daha populyar və güclüdür. Bu mühərriklər də problemsizdir amma sport üsullu sürüşü sevmirlər. 2003-2004 cü illərdə katalizatorla bağlı problemlər olurdu. Hətta bəzi hallarda katalizatorun içindəki qırıntılar silindrə daxil olurdu və mühərriki sıradan çıxara bilirdi. Amma sonraki illərdə bu cür problemə rast gəlinmirdi. Yanacaq sərfiyyatı şəhər içi 14-15 litr, trasda 7-8 litr.
2.2 litr dizel, 150 at gücü olan mühərriklərə nadir hallarda rast gəlinir. Bu mühərriklərdə olan xəstəlik interkullerin xarab olmasıdır. Belə ki, interkullerdə çatlar əmələ gəlirdi. Təmiri çətin olduğundan dəyişilməsi daha məqsədə uyğundur.

Transmissiya
Nissan X-trail avtomobillərində 6 pilləli mexanika və ya variator tipli transmissiya təchiz olunur.
Variator transmissiyası haqqında çox şaiələr gəzir. Servis bu qurğuya 150 000 km qarantiya verir. Hər 60 000 km yağı dəyişilərsə heç bir problem yaratmaz. Yalnız bir məqamı unutmaq olmaz ki, variator sərt istismarı (buksovkanı) sevmir. Və dinamik sürüş variatoru tez qızdırır və bu da təhlükəli hesab olunur. X trail offroader, yəni cip deyil. Bu krossoverdir, yəni yüngül yolsuzluq avtomobilidir. X-trail də mərkəzi differensialın kilidlənməsi eyni zamanda həm də arxa körpünün kilidlənməsi(ponijennı) mövcud deyil. Bu avtomobiln klirensi 180 – 215 sm təşkil edir.

Asqı
X-trail avtomobillərində ön asqı makferson arxa isə çox qollu asqıdır. Qabaq tormozlar havalandırılan arxada isə disklidirler. X trail avtomobillərində asqı çox möhkəmdir, hətta bu səbəbdən sərt olması da hiss olunur. Ən çox dəyişilən ehtiyyat hissəsi vtulka və stabilizatorun stoykalarıdır ( hardasa 60 000 km). Həmçinin qabaq tormoz kalodkaları da tez yeyilir, bəzi hallarda 20-30 min km arası. Stupiçnı podşipnik də əksər hallarda 50 min km də səs eləməyə başlayır. Ancaq ciddi xərclər hardasa 150 000 km dən sonra başlayır (amortizatorlar, qollar və s ).
Avtomobilin səsboğucusu çox alçaqda yerləşir xüsusəndə kohnə modellərdə. Bu səbəbdən tez tez zərbələrə məruz qalır və deşilə bilir.

İnteryer
Salon sadə və rahat üslubda hazırlanıb. Doğrudur, alyuminium effektli detallara tez cızıq düşür və oturacaqların və plastik elementlərin keyfiyyəti çox da ürəkaçıcı deyil. Salonda, xüsusən baqaj tərəfdən səs gəlməsi də bu avtomobillərdə normal haldır.
Qeyd edək ki, əvvəllər Nissan X-trail Nissanın Primera və Almera modellərinin platformasında istehsal olunurdu. Bu səbəbdən sadalanan modellərin elementlərini x trail də göre bilərik. Misalçun alətlər paneli əvvəllər ortada quraşdırılırdı və bu da sürücülərə narahatlıq yaradırdı. Nissan şirkəti bu barədə sorğu keçirir və nəticələrə əsaslanaraq sonrakı modellərdə alətlər panelinin yerini dəyişir.

Təhlükəsizlik
Euro NCAP crash testin cavablarına görə X trail
Sərnişinlərin təhlükəsizliyinə görə 4 ulduz
Piyadaların təhlükəsizliyinə görə 2 ulduz
Uşaqların təhlükəsizliyinə görə isə 4 ulduz alıb.

Yekun qeyd
X trail almaq istəyənlərə yuxarıda sadalanan hissələri yoxlamaq məsləhət görülür. Bu avtomobillərdə daha bir incə məqam varki bir çox x trail həvəskarı bu avtomobilə sahib olduqdan sonra məyus olurlar. Daha doğrusu aldadılırlar. Belə ki, X trail həm 4x4 həm 4x2 yəni 2WD versiyada buraxılır. Bu səbəbdən avtomobili alarkən 4WD (4x4) düyməsinin mövcud olub olmadığını yoxlayın.

Axıra kimi oxuduğunuz üçün təşəkkürlər. Seçiminizdə uğurlar

****** Səhifəni bəyənməyi unutmayın ******

Toyota Camry 2006-2011Dözümlü, keyfiyyətli, komfortlu və praktik biznes sedan almaq istəyənlər üçün Toyota Camry əla seç...
03/28/2017

Toyota Camry 2006-2011

Dözümlü, keyfiyyətli, komfortlu və praktik biznes sedan almaq istəyənlər üçün Toyota Camry əla seçimdir.
4 cü nəsil Camry XV40 və yaxud 40 cı kuza E klass sinfinin güclü rəqibidir. Brend olaraq adı Mercedes, BMW və ya AUDİ markalarının oyatdığı təəsüratı oyatmasa da Toyota Camry öz sözünü demiş avtomobillərdəndir.

Mühərrik

Camry XV40 əsasən 2 növ VVTİ mühərriklə təchiz olunub. Bunlar ən məhşur 2.4 litr (167 a.g)
3.5 v6 277 at gücü (0-100 6.8 san). Və restayl 2.5 amerikanka. Mühərriklərin olduqca dözümlüdür.
2.4 mühərriklərdə bəzən yağ azalma ola bilər hardasa 1 litr 10 000 km ə. Bu hal yürüşün çox olmasından və ya istismar qaydalarına riayət olunmadıqda baş verir. Normalda bu mühərriklər yağ yemir.
Bu mühərriklərdə bəzən yürüşdən asılı olmayaraq p***a ( nasos ) səs edə bilir və onu dəyşmək lazım gəlir. Bəzən bu səsi qayışın tənzimləyicisinin səsi ilə də səhf salırlar.
Həmçinin bu mühərriklərdə qayış zıncirdir və əksər hallarda 200 000 km dən çox gedir.
3.5 mühərriklərdə yağ azalma baş vermir lakin bu mühərrikli avtomobildə sürət qutusunda problem ola bilər. Bu hal avtomobili tez tez qovulduqda baş verir və transmissiya 100 000 km dən sonra xarab ola bilir. Lakin normal sürüldükdə transmissiya 300-400 min km problemsiz gedir.
Ümumi olaraq bu mühərriklər olduqca dözümlü və problemsizdirlər. Lakin keyfiyyətli yağ tələb edirlər.

Transmissiya

Transmissiya haqqında çox danışmağa gərək yoxdur. Çünki Camry də transmissiya olduqca dözümlü və problemsizdir. Toyota Camry 5 pilləli mexanika, 5 pilləli avtomat və 6 pilləli avtomat sürət qutusu ilə təchiz olunub.
Azərbaycanda ən çox olan 5 pilləli avtomat transmissiyadır. Bunlar 2.4 və 3.5 litr mühərriklərə quraşdırılıb. Lakin 2006 cı ildə buraxılan transmissiyalarda bəzən yüksək pillələrə ötürmədə gecikmələr baş verirdi. Bu problem sonradan aradan qaldırıldı.
Problemli hesab olunan 6 pilləli avtomat transmissiyadır. Çalışın ondan uzaq durun.

Xarici görünüş haqda

Camry neytral dizayna malik avtomobildir. Kiminsə xoşuna gəlir, kiminsə gəlmir çünki zövqlər fərqlidir. Bu avtomobil ucuz görünmür və eyni zamanda diqqəti də cəlb etmir.

Salon

Toyota Camry avtomobilinin salonu sadə və rahatdır amma yüksək texnologiyalı və çoxfunksional deyil. Plastik materiallardan çox istifadə olunub və bəzən illər sonra salonda səslər yarana bilir. Dəri olan oturacaqlar olduqca yumşaqdır və bu səbədən dəridə əzik izləri, çatlar tez yaranır. Bu bəzi leksuslarda da belədir. Amma komfortlu olması bunlara ğöz yumdurur. Bu avtomobillərdə həmçinin elektronika da problem yaratmır.

Asqı

Qabaqda makferson arxada isə çox qollu asqıdır. Avtomobil yumşaq və komfortludur. Asqı 100-150 000 km ə kimi ciddi xərc tələb etmir. Sözsüzki səliqəli sürüldükdə.

Yekun qeyd:
İşlənmiş Toyota Camry alanda avtomobildən öncə sahibinin necə istifadə etməsini maraqlanın. Çünki Camry problemsiz avtomobildir. Bu avtomobili laqeyid və kobud sürücülərin əlində xarab olur.
Daha sonra 3.5 mühərrikli Camry almağa qərar verdikdə çalışın sürət qutusunu yoxlamağa xüsusi vaxt ayırın. Yağın rəngin, iyini qutunun çalışmasını əyani yoxlayın.
Ən yaxşısı isə 2.4 litr mühərrikdir.

Bu avtomobil likvidlik baximindan da çox sərfəli hesab olunur. Həmçinin Camry “rasxodsuz” avtomobildir. Necə deyəllər Toyotanın kapotu yalnız servisdə açılır, o da rasxodniklər dəyişəndə (yağ, filtr, nakladka və s).



Axıra kimi oxuduğunuz üçün təşəkkürlər. Seçiminizdə uğurlar

****** Səhifəni bəyənməyi unutmayın ******

İşlənmiş Mercedes-Benz w211(2002-2009)  almaq istəyənlər üçün ...  w124 ve w210 modellərindən sonra mersedes həvəskarlar...
02/03/2017

İşlənmiş Mercedes-Benz w211(2002-2009) almaq istəyənlər üçün ...


w124 ve w210 modellərindən sonra mersedes həvəskarlarında bele bir fikir yarandı ki, sonradan buraxılan Mercedes E klass avtomobilləri də əvvəlkiler kimi dözümlü olacaq. Ancaq həqiqət bundan ibarətdir ki, xarab olmayan, ustaya getməyən, ehtiyyat hissələri satılmayan avtomobil şirkətə əlavə gəlir gətirmir.

Asqı

Aşağı qollar təxminən 60-70 min km gedir
Stabilizatorun stoykaları ve şaravoy - 80 min 100 000 den sonra artiq
Qabaq ön qolların vurması və arxada eyni səs amortizatorların xarab olmasından xəbər verir
Rulkevoy reyka 150 mində artıq boşalır və bərkidməklə problemi həll etmək olur amma daha sonra yene hemin problem yarana bilər.

Mühərrik

w210 modelden sonra istehsal olunan w211 cox sayda muhərriklərlə təchiz olunub. Bu da geniş istifadeçi kütləsi üçün nəzərdə tutulub

Dizel mühərriklər
Model Mühərrikin gücü 0-100 km
E 200 CDI (2006–09) 134 at gücü 9.9 san
E 220 CDI (2003–05) 150 at gücü 10.6 san
E 220 CDI (2006–09) 170 at gücü 9.1 san
E 270 CDI (2003–05) 175 at gücü 9.3 san
E 280 CDI (2005–09) V6 190 at gücü 7.0 -7.4 san
E 300 BlueTEC V6 208 at gücü 6.8 san
E 320 BlueTEC V6 210 at gücü 6.6 san
E 320 CDI (2003–05) 201 at gücü 7.7 san
E 320 CDI V6 221 at gücü 6.3 san
E 420 CDI V8 310 at gücü 5.2 san


Benzin mühərriklər
Model Mühərrikin gücü 0-100 km
E 200 KOMPRESSOR (2003–2007) 181 at gücü 9.1 – 10.7 san
E 200 KOMPRESSOR (2007–2009) 181 at gücü 8.0 – 9.4 san
E 230 2.5 V6 201 at gücü 7.5 – 9.1 san
E 240 2.6 V6 175 at gücü 7.7 – 9.3 san
E 280 3.0 V6 231 at gücü 6.7 – 7.3 san
E 320 V6 224 at gücü 7.3 san
E 350 3.5 268 at gücü 6.0 – 6.9 san
E 500 5.0 302 at gücü 5.8 san
E 550 5.5 380 at gücü 5.3 san
E 55 AMG 5.5 469 at gücü 4.4 san
E 63 AMG 6.2 507 at gücü 4.3 san

1.8 litr benzin tipli mühərriklərdə hardasa 200 000 km də balans valları xarab ola bilir.
150 000 km dən sonra kompressorda problemlər üzə çıxa bilər (əgər əvvəlki sahibi avtomobili qovubsa) yox əgər səliqəli sürülübsə kompressor hətta 300 000 km gedə bilər. Əksər hallarda avtomobilin çəkisi ağır olduğundan ve bu mühərrikin (1.8 litr) gücünün az olmasindan sahibləri avtomobili yuksek dövriyyədə sürmeye məcbur olurlar. Çünki avtomobil getmir.

Klapanlarda naqar olmasi da nadir hal deyil çunki bizdə benzin çox keyfiyyətsizdir. Nəticədə 100-150 min km dən sonra raspredvalın detalları zərər görür, daha sonra klapanlar əyilə bilər ve daha sonra isə QRM zəncir qırıla bilər
Ümumiyyətlə Mersedes mühərrikləri keyfiyyətli benzin tələb edirlər. Əks halda 100 000 den sonra benzonasos ve lyamda zon xarab ola biler.

Benzin filterinin tez tez dəyişdirilməsi və keyfiyyətli yanacaqdan istifadə olunması məsləhət görülür. Əgər yağın orijinal olmasına tam əmin deyilsizsə onu tövsiyyə olunan vaxtdan bir az da tez dəyişdirin.

W211 də 2.6 litr mühərriklər ən problemsiz mühərriklərdən biri sayılır.
Çünki 2.6 litr mühərrikin gücü avtomobilin çəkisine uyğundur. Daha güclü mühərriklər 3,0 3,5, 5,5 ve 6.2 keyfiyyətli benzinə qarşı qat qat tələbkardırlar. Amma bu avtomobillərin dinamikası sport avtomobillərini xatırladır.

Dizel mühərriklərinə gəlincə onlar rahat 400 000 km ə qədər problem yaratmır. Bir şərtlə ki, keyfiyyətli yanacaqdan istifadə olunsun.

Transmissiya - 6 pilləli mexaniki ve 5 pilləli avtomat həddən artıq düzümlü sayılır.
7 pilləli speed shift sürət qutularında bəzən itələmələr hiss oluna bilər və 200 000 den sonra qidroblok ve friksionlar sıradan çixa biler. Bu da avtomobili kobud şəkildə istismar etdikdə baş verir. Təmiri çox baha başa gəlir.

4 matic lərdə ( 4x4 sistemi) xüsusi problem qeyd olunmur ve olduqca dözümlü sayıla bilər, sadəcə adi w211 nisbətən daha çox qulluq tələb edir. 80-100 min km də razdatkanın salniklərinin axması baş verə bilər. Buna diqqət yetirmək lazımdı.

Təhlükəsizlik baxımından alman biznes klası olan w211 bütün beynəlxalq təhlükəsizlik standartlarına cavab verir
w211 lərdə bütün mühərriklərdə eyni hidravlik sükan sistemi quraşdırılıb. Bilmək lazımdır ki bu avtomobillərdə sükan nisbətən incədir ve sərt manevrləri çox sevmir ( traektoriyanin sert şekilde deyişdirilməsi , rulu dündərib sert şəkildə qaz vermək, drift etmək bu avtomobillərdə məsləhət deyil )

Tormoz sistemində restaylinqdən əvvəlki modellərdə SBC bloku quraşdırılıb. Bu sistemi Mersedesin yeniliyi kimi də adlandırmaq olar. Burada tormoz elektronika ilə idarə olunur. Yəni elektronika özü əyləci tənzimləyir. Bu sistemin ömrü 3 ildən çox çəkmirdi və həmçinin təhlükəli olduğundan ləğv olundu. Bu nasazlıq üzündən Mersedes bir vaxtlar avtomobillərini geri çagırmıshdı ve sonradan restaylinqdə SBC sistemini ləğv etdilər.

w211 lərdə avtomobilin kuzası qalın, qapıları ağır ve keyfiyyətli yığılıb. Avtomobilin kuzasında bəzi detallar alyuminiumdan hazırlandığı üçün korroziyaya daha davamlıdır.
Salon səssiz, keyfiyyətli materiallardan hazırlanıb.
Mercedes w211 modeli olduqca komfortlu və yumşaq avtomobildir.

Bu avtomobildən alarkən aşağıdakı hissələrə diqqət yetirin:

* Elektronika- avtomobil yüksək texnoloji olduğundan çoxlu elektronika ilə təchiz olunub. Avtomobilin bütün elektron hissələrini kompüterdə və əyani yoxlatdırın.

* Çalışın sadə pnevmasız asqılı w211 ə üstünlük verin, çünki sadə amortizatorlu asqı daha dözümlü sayılır.

* Mühərriki 2,6 və daha yuxarı həcmdə avtomobil alsaz yanacağa qənaət gözləməyin. Çünki avtomobil olduqca ağırdır və 100 km ə 12-14 ve daha çox litr benzin işlədəcək.
Ən ekonomik isə 2.2 dizel sayılır amma unutmaq olmazki belə mühərrikli avtomobillər adətən Almaniyada taksi kimi sürülür və yürüşü çox olur. Sonra bəzi fırıldaqçılar yürüşü azaldıb satırlar. Belə hallardan qorunun.

* 7G-Tronic olan avtomobili mütləq yoxlatdırın

*Bəzi panorama damlı avtomobillərdə salonun içində lyuk səs eləyir. Bunu yavaş sürətdə zəif çuxurlardan keçərkən hiss etmək olur. Bu defekti aradan qaldırmaq az xərc aparmayacaq.

* "Amerikanka" almaq fikrində olsaz mütləq və mütləq ilk öncə CarFax və ya digər saytlarda yoxlatdırın ( avtomobilin ban nömrəsini yazıb Amerikadakı tarixi haqqında məlumat əldə edə bilərsiz. Avtomobilin vurulub vurulmaması və s məlumat əldə edin).

Axıra kimi oxuduğunuz üçün təşəkkürlər. Seçiminizdə uğurlar.

*** Səhifəni bəyənməyi unutmayın ***

Address

587 Riverside Drive #6D
New York, NY

Alerts

Be the first to know and let us send you an email when Autotrade.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share