Porsche Azerbaijan

  • Home
  • Porsche Azerbaijan
Call Directions Website Contact the business

Porsche Azerbaijan Porsche Azərbaycan-ın rəsmi Facebook səhifəsi. Ətraflı məlumat www.porsche.az saytında. Hörmətlə,
Porsche Bakı Mərkəzi

Sizi Porsche dünyasına və əfsanəvi Porsche avtomobillərini müxtəlif vəziyyətlərdə sınaqdan keçirməyə dəvət edirik. Porsche avtomobilləri üçün olan cəlbedici təkliflərimiz haqqında öyrənin və qoy bizim göstərdiyimiz hərtərəfli xidmət sizin tam ürəyinizcə olsun.

09/10/2026

Bəzi rəqəmlər adrenalinlə ölçülür. Xüsusilə də Porsche-də.

911 ilə hər yolun öz hekayəsi var.Şəhər küçələri, sahil yolları və ya yarış treki — hər 911 sürüşə öz xarakterini qatır....
30/09/2026

911 ilə hər yolun öz hekayəsi var.

Şəhər küçələri, sahil yolları və ya yarış treki — hər 911 sürüşə öz xarakterini qatır.

Carrera S-dən S/C və GT3-ə qədər hər biri fərqli ritm, eyni Porsche ruhu. Bəs siz öz 911-inizlə hara gedərdiniz?

#911

19/09/2026

Hər bir sürüşün öz musiqisi var.

BOSE® Surround Sound System səsi Macan-ın salonunda sizi əhatə edəcək şəkildə formalaşdırır və avtomobilin interyerinə xüsusi dəqiqliklə uyğunlaşdırılıb. Bu, Macan-ı ən yaxşı tanıyan və idarə edən insanların formalaşdırdığı çoxsaylı detallardan sadəcə biridir.

24/08/2026

Porsche model sıralamasının ən güclüsü: Yeni Cayenne Turbo Electric. 🔥

Güc: 850 kW, 1156 a.g., 1500 Nm.
0-100 km/s: 2.5 san.
Məsafə qətetmə: 624 km-dək.

Dünyada yalnız bir ədəd.Porsche dizayn ikonları arasında "Flachbau" nadir və ilk baxışdan tanınan modellərdən biridir.Əf...
15/08/2026

Dünyada yalnız bir ədəd.

Porsche dizayn ikonları arasında "Flachbau" nadir və ilk baxışdan tanınan modellərdən biridir.

Əfsanəvi Porsche 935-dən ilhamlanan maili burun dizaynı avtoidman DNT-sini yollara daşıdı. Özünəməxsus ön hissəsi və açılıb-bağlanan (“pop-up”) faraları ilə "Flachbau", 911-in ən eksklüziv interpretasiyalarından birinə çevrildi. 1982–1989-cu illər arasında zavoddan cəmi 948 ədəd Flachbau çıxdı və bu, onu indiyədək istehsal edilmiş ən nadir 911 versiyalarından birinə çevirdi.

Buna görə də Porsche 2025-ci ildə “Flachbau” və “Flachbau RS” adlarını qeydiyyatdan keçirəndə bu addım dərhal müxtəlif ehtimalların ortaya çıxmasına səbəb oldu.

İndi isə bu qeydiyyatın arxasındakı hekayə açıqlanır.

Hekayənin mərkəzində qeyri-adi bir Sonderwunsch layihəsi dayanır: Weissach Paketli, ideal vəziyyətdə olan 2018-ci il 911 GT2 RS modelinin Porsche tarixinin ən maraqlı səhifələrindən birinə ehtiram olaraq, ümumi istifadəli yollarda sürülməsinə icazə verilən və zavodda hazırlanmış unikal avtomobilə çevrilməsi.

Manthey Racing GmbH ilə birlikdə hazırlanmış bu unikal layihə orijinal Flachbau-nun ruhunu yeni dövr üçün yenidən şərh edir. Fərdi ustalıq, avtoidman irsi və mühəndislik mükəmməlliyini yalnız Porsche Sonderwunsch-a xas şəkildə bir araya gətirir.

Dövrünü qabaqlayan transmissiya.41 il öncə, 1985-ci ilin avqustunda Porsche öz dövrünü illərlə qabaqlayan bir ideyanı sı...
11/08/2026

Dövrünü qabaqlayan transmissiya.

41 il öncə, 1985-ci ilin avqustunda Porsche öz dövrünü illərlə qabaqlayan bir ideyanı sınaqdan keçirdi: PDK (Porsche-Doppelkupplungsgetriebe) kimi tanınan iki muftalı transmissiya.

Group C yarışlarında sınaqdan keçirilən PDK pilotlara güc ötürülməsini kəsmədən sürətləri dəyişməyə və ən sürətli döngələrdə belə hər iki əlini sükan üzərində saxlamağa imkan verirdi. Sistem mürəkkəb, tələbkar və adi həllərdən çox uzaq idi — lakin gələcəyin istiqamətini aydın şəkildə göstərirdi.

1986-cı ildə PDK ilə təchiz edilmiş 962 Monzada qazandığı qələbə ilə bu ideyanın effektivliyini sübut etdi. Onilliklər sonra isə eyni prinsip 911 modelində öz yerini tapdı.

Yarış treklərində doğuldu. Yollar üçün təkmilləşdirildi.

12/07/2026

Elektrik gücünün öz rəngini kəşf edin.

Yeni Cayenne Electric Coupé rəngini dəyişir, amma Porsche-yə xas olan fərqləndirici xarakterini qoruyub saxlayır. Reels-i doğru anda dayandırın və sizə ən çox uyğun gələn rəngi kəşf edin.

Sizə hansı rəng düşdü?



__
Cayenne Turbo Coupé Electric (WLTP, ilkin göstəricilər): Kombinə edilmiş elektrik enerjisi sərfiyyatı: 20.0–22.0 kVt·s/100 km; kombinə edilmiş CO₂ emissiyası: 0 q/km; CO₂ sinfi: A.
Məlumatın aktuallığı: 07/2026.

Formula 1-də yeganə qələbə.1962-ci ildə Porsche Formula 1 tarixində ən önəmli zirvələrindən birinə 804 modeli ilə çatdı....
08/07/2026

Formula 1-də yeganə qələbə.

1962-ci ildə Porsche Formula 1 tarixində ən önəmli zirvələrindən birinə 804 modeli ilə çatdı. Bu təkoturacaqlı bolid məhz Formula 1 üçün hazırlanmışdı. Fransanın Ruan şəhərində keçirilən Qran-pridə sükan arxasına Dan Gurney keçdi. Rəqibləri ilə müqayisədə görünüşcə bir qədər köhnəlmiş təsir bağışlasa da, 804 Porsche-nin gözləntilərini doğrultdu və komandaya qələbə qazandırdı.

Həmin mövsüm eyni zamanda Porsche-nin Formula 1-də son mövsümü oldu. Bu qələbə isə bu günə qədər Porsche-nin konstruktor kimi Formula 1-də qazandığı yeganə qələbə olaraq qalır. Lakin həmin dövrdə əldə olunan təcrübə sonrakı onilliklərdə Porsche-nin motorsport sahəsində qazandığı uğurların təməlini qoydu. Porsche 804 bu gün də markanın yarış tarixində səssiz, lakin böyük əhəmiyyət daşıyan bir mərhələ hesab olunur.

Bəzi yay planları yola çıxmazdan əvvəl başlayır.Porsche Orijinal Avtomobil Aksesuarları ilə Macan sizi gözləyən yay səya...
06/07/2026

Bəzi yay planları yola çıxmazdan əvvəl başlayır.

Porsche Orijinal Avtomobil Aksesuarları ilə Macan sizi gözləyən yay səyahətinə tam hazırdır.

Bəs bu yay Macan sizi hara aparacaq?


__
Macan 4S (WLTP): Kombinə edilmiş elektrik enerjisi sərfiyyatı: 17.7–20.7 kVt·s/100 km; kombinə edilmiş CO₂ emissiyası: 0 q/km; WLTP elektrik yürüş məsafəsi: 512–606 km (EAER) · 660–776 km (EAER City).
Məlumatın aktuallığı: 07/2026.

24/06/2026

Yeni E-Shift təcrübəsi ilə Taycan idarə etmək artıq daha emosional və daha intuitivdir.

- Sükan arxasındakı paddle-larla 8 virtual ötürmə arasında keçid.
- Maşın ötürmə dəyişmə zərbəsi hissi.
- Xüsusi Aqressiv Electric Sport Sound səsi.
- Ekranda virtual RPM göstəricisi.
- Qaz vermə və əyləcləmə reaksiyası hər "ötürməyə" görə dəyişir.

Address

Mikayil Aliyev, 7

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994505113344

Alerts

Be the first to know and let us send you an email when Porsche Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Porsche Azerbaijan:

Shortcuts

  • Want your business to be the top-listed autos & automotive service?

Share