18/08/2025
Elektromobil (EV) və plug-in hibrid (PHEV) oxşar görünə bilər, amma iş prinsipləri və istifadə rahatlığı baxımından ciddi fərqləri var. Həmin fərqlərdən bəziləri:
▪️ Elektromobilin daxili yanma mühərriki yoxdur, tamamilə elektriklə işləyir. Bu, sıfır emissiya və ekoloji təmizlik deməkdir. Plug-in hibrid texnologiyasında isə yanacaq mühərriki var, bu da əlavə emissiya yaradır.
▪️ Elektromobil bir dəfə şarjla adətən uzun məsafələr qət edə bilir, lakin plug-in hibrid avtomobillər isə elektriklə çox az məsafə gedir, sonra yanacaq istifadə etməyə başlayır.
▪️ Elektromobildə yanacaq xərci yoxdur, texniki xidmət ehtiyacı da azdır, yəni yağ dəyişimi, mühərrikdə köhnələn hissələr kimi xərclər olmur, amma PHEV texnologiyasına malik avtomobillərdə həm elektrik, həm də yanacaqla bağlı xərclər ola bilər.
▪️ Elektrik avtomobillər tam səssiz və vibrasiyasız işləyir. PHEV-də isə yanacaq mühərriki işə düşdükdə səs və titrəmə hiss olunur.
DAYUN elektromobillərinin eksklüziv distribütoru ŞƏRQ⚡MOTORS şirkətidir. Servis mərkəzi və ehtiyat hissələri mövcuddur.