AvtoK1ub Yağ Mərkəzi

AvtoK1ub Yağ Mərkəzi Meguin, Pakelo, Mobil, Total, Shell, Eurolub, Rowe, Amsoil, Petro Canada, Repsol, Bizol, Valvoline.

26/05/2026

Toplu işlər silsiləsindən :)

26/05/2026

Videoda tam izah olunur hər şey.

Özümölüm, bir gün beynim çönəcək, bir də baxasınız yazmışam ki, yaşı 20-dən artıq olan maşınlara baxmırıq. Düzdür, deyəc...
26/05/2026

Özümölüm, bir gün beynim çönəcək, bir də baxasınız yazmışam ki, yaşı 20-dən artıq olan maşınlara baxmırıq. Düzdür, deyəcəksiniz ki, buna bax, yenə şişdi. Amma dədəmin goru haqqı elə deyil. Hamı bilir ki, mən heç zaman yazılarımda, işimə yanaşmamda səmimiyyətimdən yayınmamışam. İnanın səmimiyyətimə ki, adamı həyatdan küsdürürlər. Sənətə nifrət elətdirirlər. Deməli, bir qardaş 4 gün qabaq gəlib ki, "qardaş, bu maşının sürətlər qutusunu (karobkasını) sökün, problemi var". Biz də sökmüşük. Problemi aşkarlamışıq. "Qardaş, filan ehtiyat hissəsini al gətir, dəyişək, problem həll olsun" demişik. Nə başınızı ağrıdım, qardaş axtarır, biz də ona qoşulub axtarırıq. Cəmi bir yerdə tapılır, o da həm orijinaldır, həm də baha. İndi sürücü də deyir ki: "Yox ey, qardaş, mənim ona gücüm çatmır". Götürüb başqa ustaya da zəng edib məsləhət alır. O usta da deyir ki: "Yox ey, o detal dəyişməsə də məsələ həll olar". Nəsə, nə başınızı ağrıdım, dirənir bizim ustaya ki, "sən o detalı dəyişmədən yığ getsin". Usta da yığır, pulunu alır, sonucda yenə maşın düzəlmir. İndi də sürücü, rəhmətlik nənəm demişkən, tumanını başına çəkib ki, "mənim maşınım düzəlmədi, bəs mənim pulumu boş yerə aldınız". Gəl indi buna başa sal ki... Ay müəllim (Qeyd edim ki, içimdəki səs müəllim demir. Mədəni çıxsın deyə müəllim yazdım. Siz içimdəki ən p*s ifadəni düşünə bilərsiniz):
​Maddi durumun aşağıdırsa, ümumiyyətlə maşın sürmə.
​Maşını ustaya gətirəndə çıxa biləcək xarab ehtiyat hissəsini almağı düşünməlisən.
​Kənardan məsləhət aldığın o usta elə yaxşı ustadırsa, bəs bizə niyə gətirirdin, elə ora aparardın.
​Ustanın heç kimin dədəsinə borcu yoxdur ki, nəyisə sökə və sənin ona hissə almağa gücün çatmaya, usta da təkrar yerinə yığa və ödəniş almaya.
​Çatan-çatan da deyir ki: "Yox ey, siz istəməzsiniz ki, biz sosial şəbəkədə sizin haqqınızda p*s nəsə yazaq və ya deyək".
İnanın Allaha, dəli əlində qalmışıq. Belə hallar tez-tez olmasa da, arada-sırada olur. Əsasən də köhnə maşın sürən və maddi imkanı zəif olan sürücülərlə. Düzdür, hamısı elə deyil, adam gərək düzgün danışa. Amma inanın ki, 80% bu tip sürücülər adama zülm verən insanlardır. Adam başa da sala bilmir ki, sənin maşını düzəltmək üçün imkanının olmamağında, vallah, günahkar mən deyiləm.
İndi bu yazımı oxuyan bir çox adamın bu sözlərimə görə məndən açığı gələcək. Bəlkə də müştərimiz olduğu halda bizi tərk də edəcək. Amma rəhmətlik Anton Çexovun bir yaxşı sözü var. Deyir “İnsanlara həqiqəti demək bəzən onları itirmək deməkdir.” İndi siz də bir insan olaraq , bir Azərbaycanlı olaraq mənim dərdimi başa düşmürsünzə elə sizi itirsəm yaxşıdı.

25/05/2026

Faydalanmayan qalıb bu kampaniyadan?

25/05/2026

Belə də olmalıdır.

24/05/2026

Bu avtomobillərə də kampaniya var.

24/05/2026

Sezon başladı ))

23/05/2026

Maraqlı yağ dəyişmə prosesidir.

23/05/2026

Su qiymətinə.

Bəzən müştərilərin bir çoxundan zəhləm gedir. İndi deyəcəksiniz ki, qudurğanlığa bax, buna pul verən adamdan zəhləsi ged...
23/05/2026

Bəzən müştərilərin bir çoxundan zəhləm gedir. İndi deyəcəksiniz ki, qudurğanlığa bax, buna pul verən adamdan zəhləsi gedir. Amma axıra kimi oxusanız, bəlkə də mənə haqq verəcəksiniz. Narahat olmayın, çox da uzun yazmamışam.
​Dostum Ziya var, ailə dağıtmaq üzrə dünya çempionudur, vəkildir. O gün mənə deyir ki, çox yaxşı yazırsan, amma səbrim çatmır axıra kimi oxumağa. İndi mən buna necə deyim ki, sən o qədər bir il evli qalıb, səbri çatmayıb boşananlarla işləyirsən ki, özün də səbirsizlikdə onlara oxşamısan. Hara tələsirsən, bekar adamsan, otur oxu da (zarafat edirəm).
​Nə isə, qayıdaq yenə o zəhlə getmək məsələsinə. Bəlkə də elə mənim yanlış düşündüyümü düşünüb, sizin də məndən zəhləniz gedəcək. Həyatda ən zəhləm gedən müştəri – tələsən müştəridir.
​Bir neçə gün əvvəl servisdə maraqlı bir vəziyyət oldu. Günorta vaxtı idi, iş də həmişəki kimi qarışıq. Bir müştəri gəldi, maşını içəri saldıq. Uşaqlar başladı baxmağa. Bir neçə dəqiqə keçməmiş dedi:
— Usta, mümkünsə tez edin də, vacib işim var.
​Əslində bu cümləni biz gün ərzində çox eşidirik. Hətta o qədər eşidirik ki, artıq adi gəlir. Amma həmin gün nəsə bu söz məni düşündürdü. Çünki maraqlıdır… İnsan maşını ustaya gətirəndə iki fərqli şey istəyir: həm iş düzgün görülsün, həm də tez bitsin.
​Bəs usta nə istəyir?
Elə usta da onu istəyir töybə. Bir şeyi anlamırlar ki, usta səninlə qiyməti danışıb işini görürsə, nə qədər tez görsə ona xeyirdir. Çünki sonrakı vaxtda başqa maşın qəbul edib ondan da qazanc əldə edəcək. Əslində usta sizdən çox tələsir, vallah. Sən ustaya “tez ol, tez ol” deməklə daha da yaxşı görüləcək işini zibil edirsən.
​İnsanlar indi həyatda da hər şeyi “tez” istəyir. Tez pul. Tez uğur. Tez nəticə. Tez böyümək. Tez qazanmaq. Hətta münasibətlər belə sürətə minib. Tez evlənirlər, tez də boşanırlar. Səbr yoxdur. Təmkin yoxdur. Hamı harasa çatmağa tələsir, amma çox adam dayandığı yerin harası olduğunu bilmir.
​Ustalığın bir tərəfi əl bacarığıdırsa, bir tərəfi də səbirdir. Bəzən bir detalı dəyişməzdən əvvəl 10 dəqiqə baxırsan. Kənardan baxan elə bilir heç nə etmirsən. Amma əslində ən vacib iş elə həmin o baxmaqdır.
​“İnsanların çoxu vaxt qazanmağa çalışır, amma nə üçün yaşadığını düşünməyə vaxt ayırmır.” — Arthur Schopenhauer

22/05/2026

Çox maraqlı kampaniyalardan biri.

Address

Baku

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+994997998001

Alerts

Be the first to know and let us send you an email when AvtoK1ub Yağ Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AvtoK1ub Yağ Mərkəzi:

Share