13/10/2026
Lynk & Co Təqaüd Müsabiqəsinin 1-ci yer qalibi Xəyalə Miriyevanın uğur hekayəsini daha yaxından tanıyın. 🎓
Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsi olan Xəyalə innovativ startap layihələri, ekoloji həllər və beynəlxalq nailiyyətləri ilə seçilir.
CLIMASEL startapının həmtəsisçisi olan Xəyalə MAIRE Energy Transition Challenge 2025 müsabiqəsində dünya üzrə, Gürcüstanda keçirilən GIST Innovates South Caucasus 2025 proqramında isə birincilik qazanıb.
Eyni zamanda, Sinqapurda keçirilən MIT Climate & Energy Prize 2026 müsabiqəsində Asiya regionu üzrə ən yaxşı 8 layihədən biri seçilib.
Xəyalənin həyata keçirdiyi layihələr, beynəlxalq uğurları və gələcək hədəfləri ilə müsahibəmizdə daha yaxından tanış ola bilərsiniz.
Xəyaləyə gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!