03/06/2019
Ən qoca proyektimiz. Shubay Javan - ın avtomobili.
Çoxlarının E28-ə M50 mühərrikini yerləşdirib işə salmaq çətin alınar dediyi proyekti başladıq və bir müddət düşünüb plan qurub Biz Techno Tuning Servis olaraq mühərriki dəyişdik (Swap).
Bu Swapın ən çatınlərdən biri oldüğünü nəinki Azərbaycanda hətta bütün dünyada deyirlər. Sadəcə olaraq, sözün əsl mənasında 100 ölçüb 1 biçmək, yaxşı mühəndis düşüncəsi və “N” qədər səbr lazımdır 😊
Bizə deyilən çətinliklər bunlar idi: Mühərrik lazımı dərəcədə yerinə oturmayacaq, sürətlət qutusunu yerləşdirmək üçün avtomobilin döşəmə hissəsi kəsilməlidir, sürətlət qolunu düçəltmək böyük əziyyətlər verəcək və s. Biz isə bunlara izin vermədən fərqli düşündük.
Avtomobildə daha öncə M10B18 mühərriki dayanırdı, bu mühərrik karbürator sistemi olduğundan avtomobil elektron yanacaq nasosu ilə təchiz olmamışdı və avtomobilin göstərici və mühərrik idarəetmə hissəsinin elektrik tərəfi tam fərqli idi. Yəni bildiyiniz bu hissələrdə dəyişdirilib M28-ə uyğunlaşdırıldı.
Görulən işlər: Mühərrikin və sürətlər qutusunun ayaqlıqları sıfırdan tərəfimizdən yığıldı, mühərrik ideal bucaq altında avtomobilə yerləşdirildi, sürtələr qutusu avtomobilin heç bir hissəsi kəsilmədən yerinə quraşdırıldı, avtomobildə M50 mühərrikə uyğun elektik hissələri (istilik göstəricisi, yağ göstəricisi, taxometr, yanacaq nasosu, starter və s. ) uyğunlaşdırıldı, M50-nin mühərrik idarəetmə bloku kapot altında germetik şəkildə montaj edilib qoşuldu, avtomobilə yeni yüksək təziqli yanacaq nasosu və filtri montaj edildi, avtomobil elektro soyutma pəri ilə təzhiz olundu, alətlər panelinin içərisinə taxometr yığıldı.
Hal hazırda avtomobil normal sürülür və çox gözəl dinamika bəxş edir. Biz belə proektlərdən həzz alırıq.
Bu proyektdə bizə köməklik göstərdiklərinə görə dərin təşəkkürümüzü bildiririk:
Вюгар Нагиев, Нурлан Алиев (Nurlan Aliyev), Rahib Kamal, Ровшан Дархор (Rowshan Darhor) və Nazim Safarova.
Davamını gözləyin.
Swap: BMW E28 də M40B18 əvəvzinə M50B25 mühərrik. Proektin ilk addimi... Свап: М50Б25 на место М40Б18 на БМВ Е28. Первый шаг проекта.