BENZOİL

BENZOİL Yanacaq Doldurma Məntəqəsi/Avto Yuma/Avto Təmir/Avtomobil Ehtiyyat Hissələrinin Satışı/Kafe

Yanacaq doldurma məntəqəsi
Avto Yuma
Avto Servis
Avtomobil Ehtiyyat Hissələrinin satışı
Kafe

29/10/2019
30/07/2019

Yeni nişanlar quraşdırılıb

20/04/2019

Tunelin tikintisindən sonra avtomobillər tunellə birbaşa hərəkət edəcək

23/03/2019

Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər

13/02/2019

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
Prospektin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısamüddətli məhdudlaşdırılacaq.
Avtomobillərin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.

AAYDA-dan verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol ni...
11/02/2019

AAYDA-dan verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.

Sözügedən işlər 12 fevral axşam saatlarında yekunlaşdırılacaq. Bu üzdən sürücülərdən işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldı...
08/02/2019

Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb. Hal-hazırda qeyd edilən ərazidə alternativlərin və əlaqələndirmə imkanlarının az olması “Nargilə dairəsi” adlanan ərazinin, o cümlədən Ramiz Quliyev küçəsinin yüklənməsinə səbəb olur. Layihə çərçivəsində ilkin mərhələdə şəhər mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin "Nargilə dairəsi"nə daxil olmadan birbaşa Həzi Aslanov qəsəbəsinə və Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən yaşayış massivlərinə çıxışı təmin ediləcək.

Nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ yolların təklif edilməsi məqsədilə, Agentlik tərəfindən Zığ şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi hissələrdə də sola və ya geriyə dönmə yerlərinin təşkili və Ramiz Quliyev küçəsində alternativ yeni yolun salınması da nəzərdə tutulub. Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə nizamlanacaq.

Layihənin icrası “Nargilə dairəsi" adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq. Bundan əlavə, kəsişmələrin svetoforla nizamlanması piyada keçidlərinin təşkilinə də şərait yaradacaq.

MƏLUMAT!!! Salam dostlar Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatı nəzərinizə çatdırırıq. Qanunsuz parklanmaya ...
02/02/2019

MƏLUMAT!!!
Salam dostlar Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatı nəzərinizə çatdırırıq. Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının olduğu mərkəzi küçələrdə yolların buraxıcılıq qabiliyyəti və nəqliyyat vasitələrinin intensivliyi təhlil edilir. Kameraların fəaliyyəti nəticəsində nəqliyyat sıxlığını artıran, yolların buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillərin tədricən aradan qalxdığı müşahidə edilir. Parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə, nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişikliklər olunur.

Bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub. Sürücülərin diqqətinə çatdırırıq ki, 3.27 və 3.28 nişanlarının tələbinin qüvvədə olmadığı müddətdə nəqliyyat vasitəsini yolun 2-ci, 3-cü cərgəsində saxladıqları halda onlara qarşı inzibati tənbeh tədbirləri görüləcək.

Bu cür tədbirlər digər küçələrdə də həyata keçiriləcək. Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının quraşdırılması nəzərdə tutulan yollar da müəyyən müddətdən sonra təhlil ediləcək. Nəqliyyat intensivliyinin artması və azalmasına uyğun olaraq yolun buraxıcılıq qabiliyyətinə əsasən yol nişanlarında dəyişikliklər edilə bilər.

Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır. Məlumat BNA səhfəsindən götürülüb. Diqqətiniz üçün minnətdarıq

ИНФОРМАЦИЯ!!!
Здравствуйте друзья. Доводим до вашего сведения информацию Бакинского транспортного агенства (БТА). Продолжается анализ пропускной способности и интенсивность транспортных средств центральных улиц с помощью камер интелектуального контроля (К.И.К) за незаконными парковками. С помощью этих мер уменьшаются искуственные преграды которые способствуют увеличению плотности движения т.с. В связи с этим на дорогах для еще более удобного использования парковок проводиться замена некоторых дорожных знаках.
В связи с этим на проспекте Азадлыг, на улицах Бюльбюль, У.Гаджибекова, Д.Алиева, С. Вургун, Р. Бехбутова знаки 3.27 заменены на знак 3.28, также устранены недостатки на других дорожных знаках. К замененным дорожным знакам добавлены информацинные таблицы 7.5.4 указывающие время действия знака. Но следует отметить к машинам стоящим во втором , третьем ряду во время когда знаки 3.27 и 3.28 теряют силу будут штрафоваться в обычном режиме.

Эти мероприятия будут проводиться и на других улицах на которых установлны К.И.К. за незаконными парковками и в зависимости от потока и пропускной способности будут продолжаться замены дорожных знаков.
Доводим до сведения что в дальнейшем планируется установка в общем 360 К.И.К. незаконных парковок. Информация взата со страницы БТА. Спасибо за внимание.

31/01/2019

Bakı Nəqliyyat Agentliyi dayanma-durma ilə bağlı bir sıra mühüm yeniliklər edib. Dayanmaq qadağandır (3.27) nişanının tə...
31/01/2019

Bakı Nəqliyyat Agentliyi dayanma-durma ilə bağlı bir sıra mühüm yeniliklər edib.

Dayanmaq qadağandır (3.27) nişanının təsir dairəsində sərnişini düşürdüb, mindirmək üçün 1 dəqiqəyə qədər limit tətbiq edilib. Bundan başqa 3.27 nişanı ilə birlikdə əlavə məlumat lövhəsi varsa, orada göstərilmiş qadağan saatından sonra durmağa icazə verilir.

Məsələn lövhədə 7:30-20:00 göstərilibsə, axşam saat 8-dən sonra həmin küçə ilə parallel bir sırada dayanmaq olar. İkinci və ya üçüncü sırada duranlara isə cərimə yazılacaq.

Digər bir yenilik isə ondan ibarətdir ki, 3.27 nişanı artıq bəzi yerlərdə 3.28 - durmaq qağandır nişanı ilə əvəz edilir.

Address

Shamaxi Yolu
Baku
AZ0115

Alerts

Be the first to know and let us send you an email when BENZOİL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category