124 Baku

124 Baku 124 dövlət seriyalı avtomobillərini

Uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilən ZəngilanZəngilan şəhərinin işğaldan azad edilməsinin 4 ili ta...
16/10/2024

Uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilən Zəngilan

Zəngilan şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur. Rəşadətli Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə başladığı əks-hücum nəticəsində, Vətən müharibəsinin 24-cü günü, yəni, 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri erməni işğalından azad edilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən 20 oktyabr – Zəngilan şəhər günü kimi qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Beləliklə, Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. İşğal altında olduğu müddət ərzində işğalçılar Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Bütün bunların nəticəsində təbiətə, ətraf mühitə ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Düşmənlərimiz tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir. İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Füzulinin erməni işğalından azad olunması qürurunun təntənəsidir44 günlük Vətən müharibəsi zamanı ən ağır döyüşlər Füzul...
16/10/2024

Füzulinin erməni işğalından azad olunması qürurunun təntənəsidir

44 günlük Vətən müharibəsi zamanı ən ağır döyüşlər Füzuli uğrunda getdi. Bunun səbəbi, 30 il ərzində düşmən təmas xəttində elə bir möhkəm istehkam qurmuşdu ki, onu yarmaq böyük güc və zaman tələb edirdi. Buna baxmayaraq, Rəşadətli Azərbaycan Ordusu bunun öhdəsindən gəlməyi bacardı. Ordumuzun bu gücü qarşısında düşmən öz silahlarını yerə qoyub torpaqlarımızdan qaçdı. Nəhayət, Füzuli işğalçılardan təmizləndi.
“Füzuli əməliyyatı” hərbi kitablara tövsiyə olundu. Ona görə ki, burada əsl qəhrəmanlıq göstərildi.
Rayonun - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri Rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildi. Vətən müharibəsinin gedişində rayonun 62 yaşayış məntəqəsi işğaldan qurtarıldı. Azərbaycan həqiqətən də qürur duyulası bir qələbəyə imza atdı. Füzuli Ermənilər tərəfindən büsbütün dağıdılmış, viran qoyulmuş, ən pisi isə demək olar, tamamilə minalanmış bir vəziyyətdə idi. Belə ki, azad edilmiş rayonlar arasında Füzuli faktiki olaraq minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda 100 mindən çox mina basdırılıb. Bu, böyük fəlakətdir. Məlumdur ki, minaların təmizlənməsi zaman və zəhmət tələb edir. Bu faktın dəhşəti bizə işğalın tarixini, onun doğurduğu acı nəticələri heç cür unutdura bilməz.
Xatırladaq ki, Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 23-ü işğal edilmişdi. Düşmənlə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili oldu, 663 nəfər şəhidlik zirvəsinə ucaldı, 181 nəfər isə əsir və itkin düşdü. 1386 km² ərazisi olan rayonda düşmən daş üstündə daş qoymadı. Ərazi boş səhranı xatırladan bir viranəliyə çevrildi. Belə ki, evlər talan edildi, şəhər və rayonun tarixi-dini abidələri, türbələri dağıdıldı. Mənfur düşmən bu coğrafiyanın əsl sakinlərinə təəssüf ki, mina terroru kimi ağır miras buraxdı. Lakin, bu təəssüflər, maneələr Azərbaycanın Füzulinin ayağa qalxması üçün müəyyənləşdirdiyi inkişaf proqramının icrasını əngəlləyə bilməzdi.
Üçrənli Azərbaycan bayrağının Füzuli şəhərində ucaldılması ilə onun inkişaf konsepsiyasının icrası start götürdü. 14 yanvar 2021-ci il tarixində Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bu yolun başqa bir adı Zəfər yolu idi və Böyük Qələbəmizi simvolizə edirdi.
Eyni zamanda yol çəkilişi paralel aparıldı və 14 fevral tarixində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, o cümlədən Füzuli rayonunda hava limanının təməlləri qoyuldu. Füzuli şəhərinin Baş planı təsdiqləndi. Həmin ilin mart ayında 180 çarpayılıq xəstəxananın bünövrəsi atıldı, iyun ayında isə Füzuli-Hadrut avtomobil yolunun tikintisinə başlanıldı. “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı avqust ayında oldu. Oktyabr ayında Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu.
Cəmi səkkiz ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı 10 may 2022-ci il tarixində baş tutdu. Bu hava limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı.
2023–cü ildə Füzuli rayonunun Pirəhmədli, Dədəli kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlləri qoyuldu. Bundan əlavə, elə həmin ildə digər açılışlarla yadda qaldı. Bu mənada, Füzuli-Hadrut avtomobil yolunun istifadəyə verilməsi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışlarını qeyd edə bilərik. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuliyə gəlişi, əhəmiyyətli infrastruktur layihələrin açılışlarında iştirakları Türk xalqları arasında qardaşlığın simvolu kimi tarixə düşdü. O cümlədən, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzinə çevrildi. Qürurla qeyd edə bilətik ki, Füzuli, bu dostluqları yenidən möhkəmləndirən ünvan olmaqla, həmçinin belə böyük qələbəliyə şahidlik etdi.
Qeyd edək ki, qısa zamanda görülən bu işlər, həmçinin rayonun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələrin sürətlə icra olunması imkan verdi ki, məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına geri dönsünlər. Nəticədə, qayıdış başladı. Bu mərhələdə Füzuli şəhərinə köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Bununla da Füzuli şəhərində 208 ailənin, yəni, 749 nəfərin daimi məskunlaşması təmin edilib.
Əlbətdə ki, bu tam siyahı deyil. Görülən işlər qısa müddət üçün böyük olsa da, Füzulinin tam tikilməsi, inkişaf etdirilməsi qarşıdakı zamanların öhdəsindədir.

Prezident İlham Əliyevin dediyi kimi: “Biz yalnız zamanla yarışırıq”. Yarışdığımız bu zaman işğaldan öncəki işıqlı, səsli-küylü, firavan Füzulini bizə geri qaytaracaq!

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Xankəndidə dalğalanan üçrəngli bayrağımız dövlətin gücünün və yenilməzliyinin təzahürüdür2023-cü il 15 oktyabr tarixində...
14/10/2024

Xankəndidə dalğalanan üçrəngli bayrağımız dövlətin gücünün və yenilməzliyinin təzahürüdür

2023-cü il 15 oktyabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir. Azərbaycan xalqı və onun qurduğu dövlətin gücünü, yenilməzliyini, torpaqlarının sahibi olduğunu və öz ərazisindən bir qarış da kimsəyə verməyəcəyini göstərdi. Sübut etdi ki, nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız heç vaxt yıxılmır, heç nədən qorxmur, öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə nail olur. 2003-cü il oktyabrın 15-də müdrik qərarı ilə İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracağına əmin idi. Xankəndidə əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahidlik etdik.
Xankəndidə çıxışı zamanı Prezident İlham Əliyev çıxışında xatırlatdı ki, 100 il bundan əvvəl Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bu, yüz ilin tarixidir. Bu tarix ərzində Azərbaycan xalqı çox əzab çəkib, tarix bizi sınayıb. Lakin biz əyilmədik, sınmadıq, torpaqlarımız işğal altına düşəndə, Xocalı soyqırımı kimi böyük faciə ilə təkbaşına üz-üzə qalanda heç kim bizim yanımızda dayanmadı, heç mənəvi dəstək də göstərmədi. Erməni separatizmi Azərbaycana böyük problemlər yaratdı, inkişafımızı bir neçə il yubatdı, əmin-amanlığımızı pozdu, vətəndaşlarımıza, ailələrimizə bəlalar, faciələr gətirdi. Biz, demək olar ki, üzləşdiyimiz faciələr qarşısında dəstəksiz, tək qaldıq. Heç kəs ermənilərə “dur” demədi, əksinə bizi güzəştli sülhə, işğal edilmiş ərazilərimizdən imtina etməyə məcbur edirdilər. Bütün bu təzyiqlərin, təhdidlərin qarşısında Azərbaycan sınmadı, məğlubiyyətə bərabər sülh sazişinə imza atmadı. Prezident seçildiyi ilk gündən İlham Əliyev məhz qələbə, zəfər üçün bütün gücləri səfərbər etdi. Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirmişdisə, İlham Əliyev xalqımızın sınmış qürurunu, tapdanan ləyaqətini özünə qaytardı, suverenliyimizi təmin etdi. Məhz Ümummilli liderin ənənələrinə, ideyalarına sadiq qalan Prezident İlham Əliyev Ulu Öndərin 100-cü ildönümünü Qarabağın tacı Şuşada qeyd etdi. Bu, Ulu Öndərin ruhuna, xatirəsinə və eləcə də vəsiyyətinə ən ali ehtiramın təcəssümü idi
Artıq Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. O, bütün mənalı və şərəfli ömrünü Vətəninə, xalqına həsr etdi, bizim üçün böyük bir dövlət qurdu və indi rahatdır ki, işğal edilmiş torpaqlarımız azad edilib, yaratdığı dövlətin suverenliyi bütün ölkə ərazisində təmin olunub. Prezident İlham Əliyev Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmiillik müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi, iqtisadiyyatımız günü-gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Dövlətimizin başçısı uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, heç bir fərq qoymadan hər bir azərbaycanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirdi. Əsl Azərbaycan kişisi olaraq verdiyi hər bir sözə, vədə sahib çıxdı. 2003-cü ildə dövlətimizin başçısı İlham Əliyev Prezident seçilərkən verdiyi ilk bəyanatlardan biri o idi ki, bizim Ermənistana ən böyük güzəştimiz münaqişəni danışıqlar yolu ilə həll etməyimiz olar, bundan artığını bizdən gözləməsinlər. Bu günün mənzərəsi hər şeyi sübut edir. Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev sözünün üstündə durdu və bu mübarizədən qalib ayrıldı. Şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə Prezident İlham Əliyev qurucu, yaradıcı rəhbərdir. Şübhəsiz ki, regionlarımız bu 20 ildə xeyli müsbətə doğru dəyişib, tikinti-quruculuq işləri aparılıb, rayonlarımız yeni görkəm alıb. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən Prezident İlham Əliyev Şərqi Zəngəzurda, Qarabağda başlatdığı abadlıq işlərini, Böyük Qayıdış proqramını da uğurla yekunlaşdıracaq.
Prezident İlham Əliyev Xankəndidə Dövlət Bayrağını qaldırarkən həm də təvazökarlıq, nəciblik sərgilədi. Çıxışında bildirdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Əsl sərkərdəyə yaraşan bir çıxış etdi. O, əldə olunan Qələbəni xalqımızın, Ordumuzun adı ilə bağladı, özünü arxa planda qoydu. Halbuki, hər birimiz yaxşı bilirik ki, tarixi Zəfərin əsas memarı Ali Baş Komandandır. Bu Ordunu da, vətənpərvər gəncliyi də məhz o formalaşdırıb, yetişdirib. İndi bizim əsas missiyamız bu qüruru, şərəf və ləyaqəti əbədi olaraq qorumaq və yaşatmaqdır. Gələcək nəsillər bu şanlı tarixi fəxrlə öyrənəcəklər, qürur hissi keçirəcəklər. Biz keçirdiyimiz iftixarlıq və şükranlıq hisslərinə görə bu şanlı tarixin Sərkərdəsi, Müzəffər Ali Baş Komandanı İlham Əliyevə borcluyuq.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

18/11/2021

Address

N. Narimanov
Baku
1130

Telephone

+994704124124

Website

Alerts

Be the first to know and let us send you an email when 124 Baku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 124 Baku:

Share

Category