17/10/2023
"Mən başa düşürəm ki, bu məktubdan sonra siz məni dəli hesab edəcəksiniz, amma sizə demək istədiyim tam həqiqətdir.” 👀
1978-ci ildə Pontiac avtomobil şirkətinə belə bir məktub gəldi:
Bizim ailədə hər kəs dondurmanı çox sevir. Hər axşam yeməyindən sonra biz hansı növ dondurma istədiyimizə qərar veririk və mən onu almağa gedirəm.
Pontiac sahibi: Mən yeni avtomobil - "pontiac" aldıqdan sonra belə bir problemlə üzləşdim: Hər dəfə vanilli dondurma alandan sonra maşına minib evə qayıtmaq istədikdə, avtomobil işə düşmür! Əgər dondurma çiyələkli, şokoladlı və ya istənilən başqa növ olsa, heç bir problem yoxdur. Axmaq səslənir, bilirəm, amma ola bilər ki, vanilli dondurma avtomobildə nəyəsə təsir edir❔”
Əlbəttə, "Pontiac" şirkətində məktuba çox da inanmadılar, amma müştəri hər zaman haqlıdır fikrindən yola çıxaraq - yoxlamağa mühəndis göndərdilər.
Mühəndis: Avtomobilin sahibi nəzakətli və savadlı bir insan idi, dəliyə heç oxşamırdı. Biz onunla mağazaya getdik, vanilli dondurma aldıq. Nəticədə, avtomobilin mühərriki işə düşmür! Bir neçə gün dalbadal dondurma almağa getdik. Şokoladlı - işləyir. Çiyələkli - işləyir. Vanilli isə - yox. 🍦
Mühəndis ağıllı insan idi, odur ki, avtomobilin vanilli dondurmadan xoşu gəlmədiyi fikrinə inanmadı. O, hər dəfə bütün detallara diqqətlə nəzər yetirirdi və nəhayət, səbəb tapıldı.
Təbii ki sirr vanildə deyil, dondurmaların mağazada yerləşmə uyğunluğunda idi. Vanilli dondurma ən çox satılan olduğundan, dükanın girişindəki soyuducularda yerləşdirilirdi, onu almaq üçün əsas kassaya yaxınlaşmaq lazım deyildi. Lakin digər bütün dondurmalar dükanın içində satılırdı, onları almaq üçün kassaya növbəyə durmaq lazım idi. Demək, sürücü vanilli dondurmanı tez alıb qayıtdığında mühərrik soyumağa imkan tapmırdı, karbüratorda tıxaclar yaranırdı.
Nəticə: Nasazlığın texniki səbəbi tapıldı, daha sonra bu karbürator təkmilləşdirildi.