19/08/2024
Ölkəmizdə avtomobil sahəsində yeniliklər, bu sahənin həvəskarları kimi, bizi sevindirməyə bilməz 😊✊
Növbəti yenilik:
Formula Drift Azərbaycan! ⚡️
🇦🇿 FDA Azərbaycan Avtomobil Federasiyasının rəsmi təsdiqi ilə keçirilən drift yarışıdır. 🏁 Yarışda ölkəmizin təcrübəli pilotları iştirak edəcək, münsiflər isə xarici ölkələrdən dəvət olunacaq. 🌏
Bu yarış il ərzində 4 dəfə keçiriləcək və rəsmi olaraq drift üzrə Azərbaycan çempionu təyin ediləcək! 🏆
Yarışla yanaşı tədbirdə yeni və klassik avtomobillərin sərgisi, övladlarınızla vaxt keçirə biləcəyiniz əyləncə guşələri və Nargis Fondunun təşkilati dəstəyi ilə xüsusi yemək və əyləncə zonaları olacaq. 🍔
Tədbirin son günü saat 17:00-19:00 arasında məşhur pop ulduzlarının iştirakı ilə möhtəşəm konsertlər keçiriləcək! 🌟
Biletləri iticket.az saytından əldə edə bilərsiniz. 🎫
#