17/08/2020
Bruno Sacco: Mercedes hər zaman Mersedesə bənzəməlidir!!!
Bruno Sacco 1933-cü ildə İtaliyanın şimalındakı Udine şəhərində hərbiçi ailəsində anadan olub. Məktəbdən sonra müharibə dövrünü yaşayan Bruno mühəndis olmaq üçün təhsil aldığı Turindəki Politexnik Universitetinə daxil olur. Oxuduğu müddətdə "Ghia" şirkətində, sonra "Pininfarina" dizayn studiyasında çalışır. Avtomobilləri peşəkar dizayn etmək istəyi hələ təhsil aldığı müddətdə yaranmışdır. Onun tarixcəsinə nəzər saldıqda, 1951-ci ildə tennis kortlarına gedərkən, gənc Bruno mükəmməl bir mavi "Studebaker Commander Regal" avtomobili onun diqqətinin cəlb edir. Bu avtomobilin görünüşü Brunoya təsir edir və O, böyük bir avtomobil dizayneri olacağına qətiyyətlə qərar verir.
1958-ci ildə Sacco, Ştutqart yaxınlığındakı kiçik Sindelfingen şəhərində markanın ilk ayrıca üslub şöbəsi olan Daimler-Benz-də dizayner və mühəndis kimi işə başlayır.
Bruno Mercedes-Benz-də ilk dizayn addımlarını ataraq, Mercedes-Benz 600 limuzin, 230 SL kabriolet və bir sıra məşhur sınaq avtomobilləri Mercedes-Benz C111 kimi modelləri kəşf etmişdir. 1970-ci ildə Sacco dizayn şöbəsinin rəhbəri təyin edilir və 1975-ci ildə Friedrich Geiger'i dizayn mərkəzinin direktoru vəzifəsini tərk edərək yerini Brunoya ötürmüşdür. O vaxtdan bəri W123 seriyasından başlayaraq bütün Mercedes-Benz minik avtomobilləri Bruno Sacco rəhbərliyi altında düzəldilirdi. Təəccüblüdür ki, eyni dizaynerin rəhbərliyi altında W123-dən W220-yə qədər olan modellər (və hətta A sinifi) onun dövründə yaradılmışdır.
📍 Bakı şəh. Nərimanov r-n.Əliyar Əliyev 208.
Azenko binalarının yaxınlığı.
☎️ +994552503339
🌍http://furqanavto.az/yaglar
❗Qeyd edək ki yağdəyişmə mərkəzimizdə 💳bir kart💳 ilə ödəniş etmək mümkündür.
#масло #смазка #сервис #автозапчасти #двс