BRENTOL sürtkü yağları Türkiyənin İstanbul şəhərində yerləşən müasir texnoloji avadanlıqların tətbiq olunduğu ISO 9001-2008, ISO 14001-2004 və TS EN ISO/IEC 17025 standartlarına cavab verən ALKIM PETROKİMYA zavodunda istehsal olunur. 138 000 MT istehsal gücünə malik ALKIM PETROKİMYA zavodunda ən qabaqcıl texnologiyalar tətbiq olunur, eləcə də, müasir laboratoriya və yüksək ixtisaslı peşəkar personala malikdir. 12.000 m² sahədə qurulan və 8.000 m² qapalı istehsal sahəsinə malik ALKIM PETROKİMYA zavodunun istehsal etdiyi məhsullar Avropa, Asiya və Afrika başda olmaqla dünyanın beş qitəsində 80-dən çox ölkəyə ixrac olunur. ALKIM PETROKİMYA zavodu xammal kimi Avropada istehsal olunan yüksək keyfiyyətli orginal baza yağlarından, eləcə də, ən keyfiyyətli yağ qatqılarından istifadə edir. ALKIM PETROKİMYA markası olan BRENTOL sürtkü yağları APİ, ACEA və digər standartlara cavab verir, eləcə də, Mercedes Benz, BMW, Volseagen, Ford və digər aparıcı avtomobil istehsalçılarının burxaılışlarına (dopusklara) malikdir. BRENTOL markası keyfiyyət və münasib qiyməti özündə birləşdirən büdcənizə uyğun sürtkü yağlarıdır