05/07/2021
Parklanma probleminin müvəqqəti yaşandığı vaxt və məkanlardan biri də yarış zamanı stadionların ətrafında olur. Bəzi azarkeşlər avtomobillərini stadionun ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park edirlər ki, bu da nəqliyyat sıxlığına səbəb olur. Yaranan sıxlıq isə avtobusların hərəkətinə mane olaraq şəhər nəqliyyatını iflic hala sala bilir. Stadion ətrafındakı yollarda, o cümlədən yolun hərəkət hissəsində, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə düzgün edilməyən parklanmalara görə nəqliyyat vasitələri müvafiq qaydada cərimə və ya müvəqqəti duracağa təxliyə olunur. Bu kimi halların yaşanmaması üçün siz də avtomobillər üçün nəzərdə tutulan ərazilərdə avtomobillərinizi saxlaya və ya stadiona ictimai nəqliyyatla gələ bilərsiniz.