Test and Training Azerbaijan

Test and Training Azerbaijan Road Safety Training Center Baku /
Sürücü Təlim Mərkəzi /
Центр по обучению ? Mərkəzimiz adıçəkilən Avstriya şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.
(1)

Dəyərli müştərilər!

“TEST&TRAINING – SÜRÜCÜ TƏLIM MƏRKƏZI”
YOL HƏRƏKƏTI TƏHLÜKƏSIZLIYI ÜZRƏ TƏLIM MƏRKƏZI HAQQINDA

İXTİSASIMIZ:

Təlim Mərkəzimizdə təcrübəsiz sürücülərə, təcrübəli sürücülərə, xanım və kişi sürücülərinə, müxtəlif yaş qruplarına müvafiq olaraq minik avtomobili, motosiklet, avtobus, yük avtomobili və xüsusi təyinatlı avtomobillər üzrə təlim həyata keçiririk. TƏRƏFDAŞIMIZ HAQQINDA

:

Mərkəzimiz Avropa və Dünyada yol hərəkəti təhlükəsizliyi sahəsində böyük təcrübəsi olan Avstriyanın “Test&Training International Planning and Service GmbH” şirkəti ilə birgə şəkildə qurulmuşdur. TƏLIMÇILƏR HAQQINDA:

Təlim heyətimiz Avstriyada və Bakı şəhərində 3 aylıq təlim kursunu müvəffəqiyyətlə başa vurmuş və sertifikatlarla təltif olunmuşdur. Bundan əlavə “Test&Training İnternational” şirkəti tərəfindən təlimçilərin bilik və bacarıqlarının artırılması və yeni təlimlər üzrə ildə iki dəfə audit aparılır. TEXNIKI IMKANLAR HAQQINDA:

Beynəlxalq standartlara cavab verən, 5 təlim modulundan ibarət olan yol hərəkəti təhlükəsizliyi üzrə qurulmuş təlim mərkəzimiz çoxfunksiyalıdır. Belə ki, hər bir modulda (xüsusi döngələr və maneələr, müxtəlif yol şəraitini imitasiya edən müasir texniki avadanlıqlar) müxtəlif təlim proqramlarını yerinə yetirmək mümkündür. Burada sürücülərin yolda hərəkət zamanı cavabdehliyi, diqqəti və sürmə bilikləri artırılır. Bu məqsədlərə çatmaq üçün tədris zamanı müxtəlif təlim modullarından istifadə olunur. Burada sürücülərin yollarda kritik və təhlükəli vəziyyətlər zamanı özlərini necə aparmalı olduqları öyrədilir və belə vəziyyətlərə qarşı reaksiyaları artırılır və vərdiş halına gətirilir. Burada əsas məqsəd təhlükəni mümkün olduğu qədər tez dərk etmək, təhlükəni önləmək və yolda hərəkət zamanı təhlükəli vəziyyətlərdən çıxış yolunu öyrətməkdir. Təqdim olunan bütün təlim proqramları müştərilərin istəyinə görə yol hərəkəti təhlükəsizliyi üzrə təlim mərkəzinin dizaynına və tələblərinə uyğun olmaq şərtilə uyğunlaşdırıla bilər. SÜRÜCÜ QRUPLARI VƏ NƏQLIYYAT VASITƏLƏRI:

Aşağıdakı hədəf qrupları üzrə təlim proqramlarını təşkil edirik:
Uşaqlar və gənclər (6-18 yaş)
Təcrübəsiz (yeni başlayan) sürücülər üçün təlim proqramı
Yol hərəkəti təhlükəsizliyi üzrə təlim proqramları (road safety training)
Ehtiyatlı idarəetmə təlimi (defensive driving)
Qənaətcil idarəetmə təlimi (Ecodriving)
Yük təhlükəsizliyi (yüklərin düzgün yerləşdirilməsi)
Gecə sürüşü (Night drivig)
Əlil və yaşlı sürücülər üçün proqramlar
Şirkət qarajları üçün qiymətləndirmə proqramları
Xüsusi təyinatlı nəqliyyat vasitələri üçün təlim proqramları


AŞAĞIDAKI NƏQLIYYAT VASITƏLƏRI ÜZRƏ TƏLIM PROQRAMLARI HƏYATA KEÇIRIR:

Minik avtomobili;
Yük və avtobuslar (qoşqulu/qoşqusuz);
Kompakt van;
SUV;
Xüsusi təyinatlı nəqliyyat vasitələri;
Moped;
Motosiklet. Təqdim olunan bütün təlim proqramları müştərilərin istəyinə görə yol hərəkəti təhlükəsizliyi üzrə təlim mərkəzinin dizaynına və tələblərinə uyğun olmaq şərti ilə uyğunlaşdırıla bilər. Ən sadədən başlayaraq qabaqcıl və təcrübəli sürücü kurslarına kimi bütün təlim proqramları modul əsasında həyata keçirilir. Konfrans zalı (Show Room) haqqında:
Mərkəzdə ümumi sahəsi 500 m2 olan Konfrans Zalı (Show Room) vardır. Burada müxtəlif təbdirlər (konfrans, seminar, avtomobil təqdimatı və s.) keçirilə bilər. Sizi bilik və bacarıqlarınızı artırmağa
və təcrübəmizdən faydalanmağa dəvət edirik!

02/04/2024

Təlim Mərkəzimizdə bütün növ nəqliyyat vasitələri üzrə aşağıdakı təlimlər həyata keçirilir: ⚠️

✔ Yeni başlayan sürücüləri (novice driver)
✔ Aşağı sürətli (slow speed)
✔ Təhlükəsiz idarəetmə (road safety)
✔ Ehtiyyatlı idarəetmə (defensive driving)
✔ Qənaətcil idarəetmə (eco training)
✔ Gecə sürüşü (night driving)

Əlaqə üçün : 077 233 43 43

30/03/2024
05/03/2024

Sürücü Təlim Mərkəzinin peşəkar təlimçiləri ilə siz qısa zamanda sərbəst, rahat ən əsası təhlükəsiz idarəetmənin sirlərinə yiyələnəcəksiniz. Heyətimiz Avstriyada sertifikat almış təlimçilərdən ibarətdir.
Tələbəmiz Nəzrin xanım yeni avtomobilinin qabaritini hiss etmək və az sürətli məşqlərdə iştirak etmək üçün Təlim Mərkəzimizə müraciət etdi və təlimdən çox məmnun qaldı.

08/11/2023
26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.
26/06/2023

26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür.Bu münasibətlə bütün dövlət qulluqçularını təbrik edir və fəaliyyə...
23/06/2023

23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür.

Bu münasibətlə bütün dövlət qulluqçularını təbrik edir və fəaliyyətlərində uğurlar arzu edirik!

❗️ Spirtli içkinin qurbanı olma!❎ Alkoqol qəbul etmiş şəxsin sükan arxasına keçməsi digər sürücülər üçün ciddi bir təhlü...
20/06/2023

❗️ Spirtli içkinin qurbanı olma!

❎ Alkoqol qəbul etmiş şəxsin sükan arxasına keçməsi digər sürücülər üçün ciddi bir təhlükədir.

̈kəsizliyi

Address

Zığ-Hövsan Yolu, 1-ci Km. “1”
Baku
AZ1091

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994772334343

Alerts

Be the first to know and let us send you an email when Test and Training Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Test and Training Azerbaijan:

Share

Category