İlk avtomobili 1920-ci ildə Cecil Kimber tərəfindən yaradılan, istehsalı isə1924-cü ildən başlayan MG bir əsrlik tarixi ərzində dinamik və komfortlu idman avtomobilləri istehsal edərək, özünü ən müsbət tərəfdən təsdiq etmişdir. Yüksək səviyyədə Böyük Britaniyada əsası qoyulmuş MG hazırda dünya üzrə satış edir və eyni zamanda sürətlə genişlənməyə və inkişaf etməyə başlamışdır. Bu proses 2021-ci ild
ə daha çox qərbi və şərqi Avropada özünü qabarıq şəkildə göstərməyə nail olmuşdur. MG Çinin ən nəhəng və məşhur SAIC Motors avtomobil zavodunda istehsal olunaraq dünyanın bir çox ölkəsinə ixrac olunur. Praktik və sərfəli yolsuzluq, sedan, hetçbek, SUV və pikaplarını təklif edən MG hazırda genişlənən distribyuter və diler şəbəkəsi ilə Böyük Britaniyada ən sürətlə inkişaf edən avtomobil markasıdır. Londonun Marylebone şəhərində dizayn edilmiş və bir neçə ölkədə ən müasir zavodlarda istehsal olunan bugünkü MG - geniş, texnologiya ilə dolu və müasir həyat üçün mükəmməl seçimdir. Burada rahatlıq və təhlükəsizlik üçün 360 dərəcə kamera sistemi, MG parklanma assistenti texnologiyasının ön və arxa park radarları, qızdırılan güzgülər və avtomatik ön fənərləri kimi təchizat toplusu avtomobili çox rahat və arxayın idarə etmək üçün zəmin yaradır.
2016-cı ildə MG Liverpool futbol komandası ilə Çində partnyorluq imzalayır və 2019-cu ildə bunu artıq qlobal səviyyəyə qaldır. Bu partnyorluq MG tarixində böyük əhəmiyət kəsb edir və satışlara böyük təsir edir. ASIA Motors olaraq bizim də məqsədimiz MG-ni dünya şöhrətli edən dəyərlərini inkişaf etdirmək, insanların sürməyi və sahib olmağı sevdiyi lüks Britaniya avtomobillərini sərfəli qiymətlərlə və şərtlərlə təklif etməkdir. MG hər zaman yenilikçi, hər zaman kreativ və hər zaman əyləncəli olub!