New.autotech

New.autotech Yeni texnologiyalar və avtomobillər

Yeni 2023 BMW XM nümayişi keçirildi. 2023 BMW XM yeni S68 mühərriki ilə təchiz edilib. 4.4 litr twin turbo, V8 motor, 5....
05/10/2022

Yeni 2023 BMW XM nümayişi keçirildi.

2023 BMW XM yeni S68 mühərriki ilə təchiz edilib. 4.4 litr twin turbo, V8 motor, 5.400 dövr/dəq-də 483 at gücü və 1.600 dövr/dəq etibarən 650 Nm burucu moment yaradır. Ötürmələr qutusu ötürmə ədədi 8-dir, ötürmələr qutusuna inteqrasiya edilmiş elektrik mühərriki 194 at gücü və 280 Nm burucu momenti təmin edir. İki mühərrikin fəaliyyəti nəticəsində 644 at gücü və 800 Nm burucu moment yaranır.

0-100 km/s sürəti 4.3 saniyədə yığa bilir.
Son sürət həddi 250 km/s
M sürmə paketi ilə 270 km/s sürətə qədər yüksələ bilir

https://www.donanimhaber.com/yeni-2023-bmw-xm-tanitildi-iste-tasarimi-ve-ozellikleri--154142

Daxili yanma mühərrikli və elektrikli avtomobillər.Müasir dünyamızın maraq mərkəzində olan mövzulardan biri də daxili ya...
05/10/2022

Daxili yanma mühərrikli və elektrikli avtomobillər.
Müasir dünyamızın maraq mərkəzində olan mövzulardan biri də daxili yanma mühərrikli avtomobillərdən istifadəni elektrikli avtomobillərlə əvəz edilməsidir. New Yorkun 2035-ci ilə qədər 0 emissiyalı avtomobillərin istifadə qərarı bunun bariz göstəricisidir. Burada maraqlı sual ortaya çıxır ki, həqiqətən elektrikli avtomobillərin istifadəsi ətraf-mühitə atılan toksit tullantıların qarşısını alır ?

Uzun müddətdir, apardığım təhlilləri çox detallı olmadan sizinlə paylaşıram.

1-ci olaraq qeyd etməliyik ki, Elektrikli avtomobillər istehsal edilərkən, avtomobil hissələrinin hazırlanması üçün istifadə edilən metalların əridilməsi müəyyən formaya salınması zamanı toksit tullantılar havaya xaric edilir. Burada bir sual ortaya çıxa bilər ki, elektrik hətta daxili yanma mühərrikli avtomobillərin də hissələri bu kimi üsullarla hazırlanır. Bu nöqtədə nəqliyyat vasitələrinin kostruksiyalarını təhlil etməyi, avtomobilin istifadə müddəti (Dünya standartlarına görə) anlayışı müəyyənləşdirməyi tövsiyə edirəm.

2-ci olaraq qeyd etmək yerinə düşər ki, elektrikli avtomobillər yanacaqla deyil, elektriklə işləyir və bir çox firmalar litium batareyalardan istifadə edir. Bu batareyaların özünə məxsus istifadə müddəti, texniki qulluq, yenidən emal xüsusiyyətləri vardır. Emalı zamanı ətraf-mühitə atılan toksit tullantılarıda burada nəzərə almaq lazımdır.

3-cü olaraq qeyd etməliyik ki, avtomobili istismar zamanı istifadə edilən elektrik enerjisi yenidən doldurulmasıdır. YDM-də enerjini təmini fərqli yollarla həyata keçirilməkdədir. Başlanğıc nöqtədə müəyyən yanma prosesləri ilə alınan enerji havaya toksit tullantıların atılmasına və bu enerjinin YDM-ə qədər ötürülməsi əldə olunan maksimum enerjidə itkilərə səbəb olur (Ətraflı olaraq elektrik enerjisin alınması üsullarına baxa bilərsiz)

Hidrogen YanacağıTarix boyu baxdığımızda şirkətlər fərqli məhsulları ilə bazarda ön sıralarda dayanmağa çalışmaqdadır. İ...
05/10/2022

Hidrogen Yanacağı
Tarix boyu baxdığımızda şirkətlər fərqli məhsulları ilə bazarda ön sıralarda dayanmağa çalışmaqdadır. İlk dəfə TPS-i ((Toyota Production System), hal-hazırdakı LEAN-nin əsasını təşkil edən)) tətbiq edən yaponlar, məhsulları ilə də ön sıralarda olmağa çalışır. Hidrogen yanacağı ilə işləyəcək Nəqliyyat Vasitələri və bu layihə üzərində həyata keçirilən işlər bunun göstəricisidir.
Hidrogen yanacağını maye halına salmaq üçün əlavə enerji sərfi lazım olduğundan hal-hazırda qaz şəklində istifadə olunur (-250 C). Xüsusi olaraq ayrıldıqdan sonra elektrik enerjisinə çevrilir, çevrilən enerji elektrik mühərrikinə ötürülür. Ayrılma zamanı H2 havadakı O2 ilə reaksiyaya girərək ətraf-mühitə su ixrac edir.

Hal-hazırda sənayelərdə Hidrogen qazlardan alınmaqdadır. Bu proses zamanı ətraf mühitə müəyyən miqdarda zərərli qazlar xaric edilməkdədir. Buna görə də növbəti illərdə Hidrogenin sudan alınması planlaşdırılır.

Bəzi maraqlı nüansları qeyd edirəm,
Toyota Mirai-lərdə tormozlama zamanı müqavimət qüvvəsi hesabına elektrik enerjisinin əldə edilmə mexanizması yerləşdirilmişdir.

Almaniya Hidrogen yanacağı ilə işləyən qatar istifadəyə vermişdir, Hollandiya kimi bir neçə Avropa ölkəsi bu istiqamətdə addımlar atmağı planlaşdırır 🚄🚝.

5 kg Hidrogen yanacağı ilə 480-500 km yol qət etmək mümkündür 🚗.

Hidrogenin qiymətinin baha olması bu sahəyə öz təsirini göstərir. Buna görədə Yaponiya 2050-ci ilə qədər Yaşıl Hidrogen layihəsini hədəfləmişdir.

Yaşıl Hidrogen 🌲🌲🌲Yaşıl Hidrogen layihəsinin əsas məqsədi zəhərli qazların miqdarını 0-a endirməkdir.Hal-hazırda Hidroge...
05/10/2022

Yaşıl Hidrogen 🌲🌲🌲
Yaşıl Hidrogen layihəsinin əsas məqsədi zəhərli qazların miqdarını 0-a endirməkdir.
Hal-hazırda Hidrogenlə bağlı qarşıda duran əsas 2 məsələ vardır.
1) Maye halında saxlanma. Maye halında saxlanması üçün -250 C ehtiyac vardır. Bu dərəcəyə çatdırmaq üçün sərf ediləcək əmək və texnologiya buradan əldə etdiyimiz səmərəliliyi aşağı salmaqdadır 💵💵💵.
2) Hidrogen yanacağının baha olması. Yanacağın baha olması, Şirkətlərin YDM-lərdə təklifini məhdudlaşdırır, müştərilərin alma qabiliyyətini aşağı salır.

Yaponiyanın 2050-ci ilə qədər məqsədlərində Hidrogen yanacağının maliyyətinin aşağı endirilməsi də dayanmaqdadır.

Növbəti mövzularda, elektrik mühərrikli avtomobillər, həmçinin hidrogen yanacağı ilə işləyən avtomobillərin konstruktiv xüsusiyyətləri ilə bağlı mövzulara toxunmağı planlaşdırıram.

Hidrogen yanacağı istifadə edilən avtomobillərin işləmə prinsipi.Hidrogen yanacağı, DYM (daxili yanma mühərriklərində) o...
05/10/2022

Hidrogen yanacağı istifadə edilən avtomobillərin işləmə prinsipi.

Hidrogen yanacağı, DYM (daxili yanma mühərriklərində) olduğu kimi dinamiki enerjinin mexaniki enerjiyə çevrilmə prinsipi ilə işləmir. Burada hidrogenin vəzifəsini batareya təmsilçisi olaraq ifadə edə bilərik. Hidrogen çənindən yanacaq (H2) Yanacaq yığım mərkəzinə gəlir (Fuell Cell Stack) və elektrik enerjisinə çevrilir.

Yanacaq yığım mərkəzi işləmə prinsipi aşağıdakı kimidir:
Hidrogen molekulu elektrona ayrılır, yəni H2 şəklində olan bir molekul 2 H atomuna şəklində olur. Bu elektronlar elektrik mühərrikinə göndərilir və burada enerjiyə çevrilir. Yanacaq yığım mərkəzində bir hissə də var ki, bura ancaq pozitiv yüklənmiş elementlərin keçməsinə icazə verir. Bundan əvvəl elektrondan ayrıldığı üçün pozitiv yüklənmiş hidrogen atomları bu hissədən keçə bilir. Yanacaq yığım mərkəzinin qarşı tərəfində H və O birləşərək suya çevrilir və bu prosesin sonunda həm elektrik, həm də su istehsal edilir. Beləliklə, su xaric etmə sistem vasitəsilə ətraf-mühitə ixrac edilir.

DYM (benzin, dizel,qaz), Hibrid, Hibrid (EV), Elektrik, Hidrogen--- Avtomobillərin əsas xarakteristikalarına görə analiz...
05/10/2022

DYM (benzin, dizel,qaz), Hibrid, Hibrid (EV), Elektrik, Hidrogen--- Avtomobillərin əsas xarakteristikalarına görə analizi

Address

Bakı
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when New.autotech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share