Avtoservis AZERBAİJANaz

Avtoservis AZERBAİJANaz Səhifəmiz ustalar və avtomobil həvəskarları, ehtiyat hissələri satışı ilə məşğul olanlar arasında tanışlıq yaratmaq və bir-birimizə köməklik etməkdir

31/12/2021

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə və Yeni ilinizi təbrik edirəm. İliniz uğurlu, ruzi-bərəkətli, sağlam olsun!!!!!! AMİN.
31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərindən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Sərfəli və tam keyfiyyətli razval və balans işlərinə görə Omar Cabbarov ustaya müraciət edə bilərsiniz
19/12/2021

Sərfəli və tam keyfiyyətli razval və balans işlərinə görə Omar Cabbarov ustaya müraciət edə bilərsiniz

08/11/2021
Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb. Yeni sürücül...
22/02/2021

Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb. Yeni sürücülük vəsiqəsi motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verir.
Sürücülərə A, A1, B, B1, C, C1, D, D1, BE, CE, DE, C1E, D1E, tramvay və trolleybus katerqoriya və altkateqoriyası üzrə vəsiqələr verilir.
85,60 mm x 53,98 mm ölçülü yeni vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilib.
Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” yazılır, onun altında Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, sağında “AZƏRBAYCAN RESPUBLİKASI”, həmin sözlərin altında “SÜRÜCÜLÜK VƏSİQƏSİ”, ingilis dilində “Republic of Azerbaijan” və “Driving licence” sözləri yazılıb. Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 mm x 22 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur və fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunub.
Üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunub.
Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılıb.
Ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” hərfləri ilə yazılmış şəffaf holoqrafik plyonka, “Qobustan qayaüstü” rəsmləri formasında hazırlanmış gilyoş, təhlükəsizlik elementləri ilə tərtib olunmuş arxa fonda Heydər Əliyev Mərkəzinin binasının təsviri, (İRİS print) “göy qurşağı” üsulu ilə hazırlanmış gilyoş, ultrabənövşəyi çap texnologiyası və mikromətn, (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, “Driving licence” sözünün altında yerləşdirilmiş qızılı rəngli eninə düz xətt (iridescent), arxa tərəfinin alt hissəsində qızılı rəngdə eninə bir-birini təkrarlayan 18 “buta” fiqurundan ibarət elementlər, ultrabənövşəyi işıqda görünən Azərbaycan Respublikasının Dövlət gerbi və səkkizguşəli ulduzun təsviri, o cümlədən, bilərəkdən səhvlərlə yazılmış mikromətn vəsiqənin təhlükəsizlik elementlərini özündə cəmləşdirir.

Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.

https://pravda.az/news/37852
17/02/2021

https://pravda.az/news/37852

"Azərbaycanda avtomobil yanacağının keyfiyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələrinə görə, görünür ki, istehlakçıların şikayətlərində həqiqət var. Yəni burada keyfiyyətdə problemlər mövcuddur".

https://hit.az/az/ekonomiks/216980/azerbaycan-pikap-istehsalina-baslayir/
15/02/2021

https://hit.az/az/ekonomiks/216980/azerbaycan-pikap-istehsalina-baslayir/

Bu ilin aprel ayından etibarən Azərmaş ASC Khazar brendi altında ilk pikap tipli avtomobilin istehsalına başlayacaq.HİT.Az xəbər verir ki, bunu APA-Economicsə ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.Onun sözlərinə görə, bu tipli avtomobillərin iki modelinin yığılmas....

Avtomobilinizi etibarlı ustalara həvalə edin. Yeni Günəşlidə yerləşən 010 avtoservisdə peşəkar ustalar avtomobilin setka...
13/02/2021

Avtomobilinizi etibarlı ustalara həvalə edin. Yeni Günəşlidə yerləşən 010 avtoservisdə peşəkar ustalar avtomobilin setkasını yüksək keyfiyyətlə dəyişdirilməsini və digər işləri həyata keçirdilər

04/12/2020

Eco və Kətan çantaların satışı və üzərinə çap

Reklam və Mətbəə məhsulları

Siz isdəyin biz edək😉🥰

⚜️Reklam
⚜️Promo
⚜️Dizayn
⚜️Poliqrafiya

📱 +994 50 777 36 39
📲 +994 70 214 44 79
✉️ [email protected]
💻 arpoliqrafiya.az


̧ap

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Avtoservis AZERBAİJANaz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Avtoservis AZERBAİJANaz:

Share