PENNASOL yağlarını istifadə etməzdən öncə istərdik rəsmi distribyutoru olduğumuz brendin məhsulları haqqında bir qədər məlumat verək. PENNASOL yağları neft-yağ sənayesinə məlum olan ən son texnalogiyalarla istehsal olunur. Əmin ola bilərsiniz ki, məhsullarımız Almaniyada istehsal olunur, Almaniyada qablaşdırılır və Almaniyadan idxal olunmaqdadır! Biz, bu gün bazarda Almaniya istehsalı olan lakin Ş
ərqi Avropada qablaşdırılan, və ya Almaniyada qeydiyyatdan keçmiş brend olan lakin istehsalı Şərqi Avropa və Çində həyata keçən yağların satışını təşkil etmirik. PENNASOL yağı Almaniyada bir neçə yağ istehsalçısından biri olan MinneralÖl-Raffinerie Dollbergen GmbH zavodunun məhsuludur, http://www.mineraloel-raffinerie.de/. Zavod ən son texnalogiyalarla çalışaraq, sektorunda daim innovativ yanaşma metoduna əsaslanmaqla 50 illik təcrübəyə malikdir. PENNASOL yağları bütün nüfuzlu avtomobil və yağ istehsalçıları təşkilatlarının standartlarını, eyni zamanda Mercedes-Benz, BMW, Volkswagen, Audi, Skoda, Opel, Ford, MAN, Volvo, DAF, GM, Caterpillar və s. kimi avtomobil və texnika istehsalçılarının xüsusi tələblərinə cavab verməklə həmin şirkətlərin standart sertifikatlarını almışdır. PENNASOL yağlarını digər yağlardan fərqləndirən cəhətlər: mator və qurğuların soyuq halda olanda belə detalların daha keyfiyyətli yağlanması və beləliklə mator və qurğuların daha uzunömürlü qalması; buxarlanmama keyfiyyətinə görə sektorunda liderlərdən olması; mator və qurğuların hətta işlək vəziyyətdə olarkən yağ qatılığının ən optimal səviyyədə saxlanması; ənənəvi yağlardan fərqli olaraq daha uzun məsafə qət etdikdən sonra mator yağının dəyişdirilməsi (məsələn, PENNASOL LONG LIFE III yağı avtomobilə 20000-30000 km sürüş imkanı verir); matorların daxilinin təmizləmək keyfiyyətlərinə malik olmasıdır. PENNASOL yağları avtomobiliniz və texnikanız üçün ən optimal həll yoludur. PENNASOL yağları keyfiyyətin və təhlükəsizliyin rəmzidir. Müştərilərin məmnun qalmasına zəmanət verilir! PENNASOL yağlarının Azərbaycanda rəsmi distribyutoru Investment Group şirkətidir