ARG Group

Website Contact the business

ARG Group ARG Group 2018-ci ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb.

Əlaqə: *0906

Sosial Media Marketinqi Mütəxəssisi axtarırıq!Şirkətimiz üçün sosial media sahəsində özünə güvənən, yaradıcı düşünən və ...
01/09/2026

Sosial Media Marketinqi Mütəxəssisi axtarırıq!

Şirkətimiz üçün sosial media sahəsində özünə güvənən, yaradıcı düşünən və gördüyü işlə real nəticə yarada biləcək **SMM Mütəxəssisi** axtarırıq.

Vəzifələr
• Instagram, Facebook, TikTok və LinkedIn hesablarının idarə edilməsi;
• Kontent planının hazırlanması və yeni ideyaların təqdim olunması;
• WordPress üzərindən veb-səhifələrdə dəyişikliklərin və xəbərlərin yerləşdirilməsi (öyrədiləcək);
• Reels və digər qısa video formatları üçün ideya və ssenarilərin hazırlanması;
• Birmarket platformasında məhsullar üzrə stok və məlumat dəyişikliklərinin edilməsi (öyrədiləcək);
• Meta Ads Manager üzərindən reklamların yerləşdirilməsi, analiz və aylıq hesabatların hazırlanması;
• Marketinq kampaniyaları və təkliflərinin rəhbərliyə təqdim edilməsi;
• Marketinq strategiyasının hazırlanmasına dəstək;
• B2B promo məhsullarına nəzarət və ehtiyac olduqda sifarişlərin təşkili.

Tələblər
• Bəy namizəd;
• Marketinq və ya əlaqəli ixtisas üzrə ali təhsil və ya etibarlı təhsil qurumundan müvafiq diplom;
• SMM sahəsində minimum 1 il iş təcrübəsi;
• Meta Ads Manager və Meta Business Suite bilikləri;
• Məsuliyyətli, dəqiq və hesabatlı iş prinsipi;
• Dizaynerə vaxtında və düzgün brief hazırlamaq bacarığı;
• Yaradıcı və müştəri yönümlü düşüncə;
• Avtomobil sektoruna maraq və ya sahə üzrə anlayış üstünlükdür;
• Kreativ və düzgün reklam mətnləri yaza bilmək;
• Azərbaycan dilində səlis yazılı və şifahi kommunikasiya;
• Süni intellekt alətlərindən düzgün və səmərəli istifadə bacarığı.

İş şəraiti
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Bakıxanov ərazisində ofisdaxili iş;
• Zərurət olduqda çəkilişlər üçün əməkdaşlıq etdiyimiz məntəqələrə səfərlər;
• Şəffaf və dəstəkləyici iş mühiti;
• Əmək haqqı bilik və bacarıqlara əsasən müəyyən edilir.

Öz ideyalarına güvənirsənsə və sosial mediada real nəticə yaratmaq istəyirsənsə, CV-ni və portfolionu (və ya idarə etdiyin səhifələri) [email protected] ünvanına, mövzu hissəsində “SMM Mütəxəssisi” qeyd etməklə göndərə bilərsən.

26/08/2026

Artıq Eurotec məhsullarını ARG Group zəmanəti ilə bizdən əldə edə bilərsiniz.

Rəsmi distribütor: ARG Group
📞 Topdan: +994 51 270 92 27
📞 Pərakəndə: +994 10 321 99 99
🌐 arggroup.az

26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.ARG Group olaraq ö...
26/08/2026

26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

ARG Group olaraq ölkəmizin inkişafına verdiyi dəyərli töhfələri yüksək qiymətləndirir, Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq.

Doğum gününüz mübarək, hörmətli Mehriban xanım Əliyeva!

Yaxşı avtomobil yaxşı yağ seçiminə layiqdir. ⚙️German Gold ilə mühərrikinizin ehtiyacına uyğun keyfiyyətli seçim edin.Çü...
21/08/2026

Yaxşı avtomobil yaxşı yağ seçiminə layiqdir. ⚙️

German Gold ilə mühərrikinizin ehtiyacına uyğun keyfiyyətli seçim edin.

Çünki avtomobilinizə verdiyiniz dəyər mühərrikdən başlayır. 🏆

Rəsmi distribütor: ARG Group
📞 Topdan: +994 51 270 92 27
📞 Pərakəndə: +994 10 321 99 99
🌐 arggroup.az

17/08/2026

Mühərrik yağları üzərində qeyd edilən API, ACEA, ILSAC kimi standrtların mənası nədir?

Bu video sizə hər birinini izahını təqdim edirik. Doğru yağ seçimi etmək üçün bizə yaza bilərsiniz.

🔹 Topdan satış: +994 51 270 92 27
🔹 Pərakəndə satış: +994 10 321 99 99
🌐 arggroup.az

13/08/2026

Maksimum güc, mükəmməl qoruma! ⚡
North Sea Lubricants ilə mühərrikinizin əsl potensialını kəşf edin. Hollandiya keyfiyyəti və yüksək performans hər zaman sizinlədir. Yollarda gücünüzü hiss edin! 🚗💨

North Sea Lubricants markasının Azərbaycandakı rəsmi distribütoru ARG Group şirkətidir.
🔹 Topdan satış: +994 51 270 92 27
🔹 Pərakəndə satış: +994 10 321 99 99
🌐 arggroup.az

06/08/2026

ARG Group olaraq bu dəfə dəyərli müştərilərimizdən Mister L**e yağdəyişmə mərkəzində idik! 🤝

Avtomobilinizə peşəkar qulluq və yüksək keyfiyyətli German Gold və North Sea Lubricants mühərrik yağları ilə Mister L**e yağdəyişmə mərkəzində mümkündür.

📌Ünvan: Xetai rayonu General Şıxlınski küçəsi 47/43 Dostum marketın yaxınlığı.
📞Əlaqə nömrəsi :+99450-838-02-48

Rəsmi distribütor: ARG Group
📞 Topdan: +994 51 270 92 27
📞 Pərakəndə: +994 10 321 99 99
🌐 arggroup.az

03/08/2026

Dəyərli müştərilərimizdən olan "Eco Master Oil"in yeni filialının açılışı baş tutdu!

Biz də ARG Group olaraq bu özəl gündə iştirak edərək onlara dəstəyimizi göstərdik. Açılışda avtomobillərin mühərriki ənənəvi olaraq yüksək keyfiyyətli "German Gold" yağlarına etibar edildi. Yeni filialınız xeyirli və uğurlu olsun! 🤝

📍 Ünvan: Şamaxinka, Lukoil YDM-nin yanı
📞Əlaqə nömrəsi: +994 55 621 87 73

30/07/2026

Niyə məhz "North Sea" mühərrik yağları? 🤔

İndiyə qədər heç bir müştərimizin bu yağlardan narazı qalmamasının sirrini açırıq! Hollandiya keyfiyyəti, qlobal etibar və cibinizə uyğun qiymət... Bəs bu yağları öz seqmentində unikal edən digər vacib detallar nələrdir?

North Sea Lubricants markasının Azərbaycandakı rəsmi distribütoru ARG Group şirkətidir.
🔹 Topdan satış: +994 51 270 92 27
🔹 Pərakəndə satış: +994 10 321 99 99
🌐 arggroup.az

Bu gün bizim üçün xüsusi bir gündür. Uğurlarla dolu daha bir ili arxada qoyaraq yeni yaşımıza qədəm qoyuruq. 🎉Ötən il ər...
28/07/2026

Bu gün bizim üçün xüsusi bir gündür. Uğurlarla dolu daha bir ili arxada qoyaraq yeni yaşımıza qədəm qoyuruq. 🎉

Ötən il ərzində satış həcmimizi artırdıq, əməkdaşlıq şəbəkəmizi genişləndirdik və fəaliyyət istiqamətlərimizi daha da inkişaf etdirdik. Avtomobil mayeləri və ətirləri sahəsindəki işimizlə yanaşı, Kapsen şinlərinin rəsmi distribütoru olaraq məhsul portfelimizi zənginləşdirdik.

Bütün bu nəticələr bizə etibar edən müştərilərimizin, yanımızda addımlayan dəyərli tərəfdaşlarımızın və hər gün böyük həvəslə çalışan komandamızın birgə əməyinin bəhrəsidir.

Bundan sonra da keyfiyyətli məhsul, etibarlı xidmət və davamlı inkişaf prinsiplərinə sadiq qalacaq, yeni tərəfdaşlıqlar quraraq irəliyə doğru addımlamağa davam edəcəyik.

Bizə inanan hər kəsə ürəkdən təşəkkür edirik. Birlikdə daha böyük uğurlara imza atacağımıza əminik!

Address

Bəşir Bünyadov 3
Baku
1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when ARG Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ARG Group:

Shortcuts

Share