Shassi.Az

Call Website

Shassi.Az ShassiAz xəbər portalı, oxuyucularına ən yeni avtomobil modellərini, sınaq yürüşü və q?

Güc yenilikləri ilə.Ekstravaqant işləri ilə tanınan Mansory tüninq atelyesi, yenicə debüt edən Rolls-Royce Ghost Series ...
01/12/2014

Güc yenilikləri ilə.

Ekstravaqant işləri ilə tanınan Mansory tüninq atelyesi, yenicə debüt edən Rolls-Royce Ghost Series II modeli üçün vizual və güc yeniliklərindən ibarət dəst təqdim etdi. Xarici yeniliklərə yeni ön bamper, iri havaqəbulediciləri və əlavə LED gündüz işıqları, həmçinin, karbon qanadlar və karbon lifindən hazırlanmış yenilənmiş kapot daxil edilib. Digər yeniliklərə yenilənmiş yan ətəklər, yeni arxa bamper, paslanmayan poladdan hazırlanmış səsboğucu boruları və zərif arxa spoyleri aid etmək olar. Avtomobilin zavod çıxışı diskləri çıxarılaraq, yerinə 22-düym ölçülü yüngül lehimli gümüşü disklər quraşdırılıb.

Karbon kapot altındakı 6.6 litr həcmli V12 turbo-mühərrikin gücü 570 a.g. və 780 Nm fırlanma anından, 652 a.g. və 1050 Nm fırlanma anına çatdırılıb. Eyni zamanda, yeni işlənmiş qazların xaric edilməsi sisteminin de tətbiqi ilə möhtəşəm avtomobil 0-100 km/saat sürətlənməni cəmi 4.3 saniyəyə yerinə yetirərək, 280 km/saat maksimal sürətlə hərəkət edir.

Rolls-Royce Ghost Series II modelinin cəlbedici dəbli rəngi avtomobilin salonunda da özünü göstərir və tünerlər, interyerdə dəri, alkantara, ağac, alüminium və karbon kimi geniş çeşiddə premium materiallardan istifadə ediblər.

Mənbə: Mansory

Yalnız kosmetik dəyişikliklərlə.Rusiyalı LARTE Dizayn tünerləri Range Rover modeli üçün hazırladıqları “Qalib” adlı modi...
01/12/2014

Yalnız kosmetik dəyişikliklərlə.

Rusiyalı LARTE Dizayn tünerləri Range Rover modeli üçün hazırladıqları “Qalib” adlı modifikasiya proqramını Essen Avtoşousunda təqdim edir. Dəstə fərqli radiator barmaqlıqlarına malik yenidən dizayn edilmiş ön panel və idman üslublu beş ədəd mavi vurğular daxil edilib.

“Qalib” ləqəbli avtomobil idman üslublu dam spoyleri, mərkəzi LED durma siqnalı və Remus dörd-çıxışlı işlənmiş qazların xaric edilməsi sistemi ilə təchiz edilib. Digər yeniliklərə yenilənmiş arxa bamper, bir neçə üfüqi qara zolaq, yan tərəflərdə bumeranq formalı torlar və son vurğu olaraq LARTE Dizayn tərəfindən quraşdırılan yeni parlaq qara diskləri aid etmək olar.

Mənbə: LARTE Design

Hansı Mustang sizin zövqünüzü daha çox oxşayır?
11/11/2014

Hansı Mustang sizin zövqünüzü daha çox oxşayır?

Rocket Bunny bədən dəsti ilə.Gordon Ting & Beyond Marketing mütəxəssisləri Rocket Bunny adlı geniş bədən dəsti ilə təchi...
07/11/2014

Rocket Bunny bədən dəsti ilə.

Gordon Ting & Beyond Marketing mütəxəssisləri Rocket Bunny adlı geniş bədən dəsti ilə təchiz etdikləri Lexus RC 350 F SPORT modelini təqdim etdilər. Avtomobil həmçinin, 19-düym ölçülü Enkei diskləri ilə Toyo şinləri, KW asqı sistemi və Brembo əyləc diskləri əldə edib.

Avtomobilin kapotu altındakı 3.5 litr həcmli V6 mühərrik Greddy Supreme SP işlənmiş qazların xaric edilməsi sistemi ilə təchiz edilib.
Tüninq edilmiş modelin güc yenilikləri əldə edib-etmədiyi haqqında məlumat verilməsə də, standart modelin 306 a.g. hasil edən mühərriki sayəsində 0-96 km/saat sürətlənməni 5.8 saniyəyə yerinə yetirərək, 230 km/saat maksimal sürətlə hərəkət etdiyi bildirilir.

Mənbə: Lexus

http://www.youtube.com/watch?v=YUnBwnLU9LwFlying Spur krossoveri.Bentley özünün qarşıdan gələn krossoveri üçün yeni tize...
07/11/2014

http://www.youtube.com/watch?v=YUnBwnLU9Lw

Flying Spur krossoveri.

Bentley özünün qarşıdan gələn krossoveri üçün yeni tizer yayımladı. Klipdən göründüyü kimi model, yan tərəflərində dairəvi fənərlərə malik tanış radiator barmaqlığı əldə edəcək. Krossover həmçinin, ön qanad ventilyasiya çıxışı, reylinq və dəbli görünüşə malik arxa qapı ilə təchiz ediləcək. Digər əsas məqamlar sırasında əzələli arxa qanadları və əl işi dəri işləmələri qeyd etmək olar.

Xatırladaq ki, Bentley-in lyuks krossoveri MLB Evo platformasında inşa ediləcək. Avtomobilin 4.0 litr həcmli V8 cüt-turbo və ya 6.0 litr həcmli W12 mühərriki ilə təchiz ediləcəyi gözlənilir. Modelin eyni zamanda 2017-ci il üçün plug-in hibrid versiyasının da buraxılacağı bildirilir.

Mənbə: Bentley

Qiyməti 290 000 ABŞ dolları təşkil edir.Land Rover Xüsusi Nəqliyyat Əməliyyatları Şirkəti (Special Vehicle Operations - ...
07/11/2014

Qiyməti 290 000 ABŞ dolları təşkil edir.

Land Rover Xüsusi Nəqliyyat Əməliyyatları Şirkəti (Special Vehicle Operations - SVO) və Britaniyanın silah istehsalçısı olan Holland & Holland, birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdikləri xüsusi buraxılış Range Rover modelini təqdim etdilər. Beləliklə, qiyməti 232 500 ABŞ dolları təşkil edən uzun təkər bazasına malik Range Rover Autobiography Black modelinin bazasında, qiyməti 290 000 ABŞ dolları təşkil edən olduqca bahalı avtomobil inşa edilib.

Avtomobil, Holland & Holland tərəfindən yaşıl eksteryer boyası, xüsusi buraxılış olduğunu sübut edən loqo və xrom elementlərə malik tünd-yaşıl radiator barmaqlığı əldə edib. Böyük dəyişikliklər avtomobilin interyerində tətbiq edilib, belə ki, bahalı Range Rover, tənzimlənən individual iki arxa oturacağa malik Executive Class oturacaq dəsti, yenilənmiş geniş mərkəzi konsol, elektriklə tənzimlənən qoz ağacından masalar, xüsusi sifarişli işıqlanma sistemi və USB çıxışları ilə təchiz edilib.

Ən maraqlı işlərdən birinə də, avtomobilin baqaj hissəsində rast gəlinir, belə ki, burda, məxsusi olaraq silah üçün nəzərdə tutulan dəri ilə işlənmiş, çixarılabilən alüminium dolab mövcuddur. Möhtəşəm avtomobilin yük bölməsinin döşəməsi alüminium və karbon lifindən hazırlanaraq, ağac və dəri işləmələrlə tamamlanıb.

Land Rover bildirdi ki, xüsusi model növbəti üç il ərzində yalnız 40 ədəd məhdud sayla istehsal ediləcək və hər bir avtomobil ya 339 a.g. hasil edən 4.4 litr həcmli SDV8 dizel, ya da, 510 a.g. hasil edən 5.0 litr həcmli LR-V8 aqreqatla təchiz ediləcək.

Mənbə: Land Rover

Lexus özünün RC F Kupe modelləri üçün iki individuallaşma proqramı təqdim etdi. İlk olaraq qeyd edək ki, RC F modeli kar...
06/11/2014

Lexus özünün RC F Kupe modelləri üçün iki individuallaşma proqramı təqdim etdi.

İlk olaraq qeyd edək ki, RC F modeli karbon ön splitter və karbon yan diffuzorlar əldə edib. Model həmçinin, yeni asqı sistemi, Brembo əyləcləri və 20-düym ölçülü yüngül lehimli disklərlə Yokohama Advan Sport şinləri ilə təchiz edilib.

Avtomobilin kapotu altındakı 5.0 litr həcmli V8 mühərrik yüksək effektli havaqəbulediciləri və idman üslublu səsboğucu sistemi ilə təqdim edilib. Nəticə etibarilə mühərrikin əldə etdiyi güc çıxışı haqqında məlumat verilməsə də, standart modelin 467 a.g. və 526 Nm fırlanma anı hasil etdiyi bildirilir.

İnteryerə gəldikdə isə, salonda Sabelt SPS oturacaqlar, xüsusi sufarişlə hazırlanmış sükan çarxı və Seafoam yaşıl işləmələr mövcuddur.

Mənbə: Lexus

2014-cü ilin Ford Edge modeli ilə eyni qiymətə.Yenilənmiş 2015 Ford Edge modeli 28 995 ABŞ dollarından başlayan qiymətlə...
06/11/2014

2014-cü ilin Ford Edge modeli ilə eyni qiymətə.

Yenilənmiş 2015 Ford Edge modeli 28 995 ABŞ dollarından başlayan qiymətlərlə 2015-ci ilin ilk kvartalından etibarən satışa satışa təqdim ediləcək.

Şimali Amerikada model 245 a.g. və 357 Nm fırlanma anı hasil edən 2.0 litr həcmli 4-silindrli EcoBoost mühərriklə təklif ediləcək. Sport versiyaya gəldikdə isə, model 300 a.g. hasil edən 2.7 litr həcmli V6 EcoBoost aqreqatla təchiz ediləcək. Model eyni zamanda, 3.5 litr həcmli V6 atmosferli mühərriklə də mövcud olacaq.

Bütün mühərriklər SelectShift manual rejimdə mövcud olan 6-pilləli avtomat transmissiya ilə çalışacaq. 2.0 litr həcmli baza versiyalı EcoBoost mühərrikli modellər yalnız ön ötürücü sistemlə, 2.7 litr və 3.5 litr həcmli modellər isə əlavə tam ötürücü sistemlə mövcud olacaq.

Mənbə: Edmunds

Gələn ilin yaz aylarından etibarən 103 050 ABŞ dollarından başlayan qiymətlərlə satışa təqdim ediləcək 2015 BMW X6 M mod...
05/11/2014

Gələn ilin yaz aylarından etibarən 103 050 ABŞ dollarından başlayan qiymətlərlə satışa təqdim ediləcək 2015 BMW X6 M modeli bu günlərdə Los Anceles küçələrində görüntülənib. Yeni krossover gözlənildiyi kimi möhtəşəm görünür.

Xatırladaq ki, 2015 BMW X6 M modeli 567 a.g. və 750 Nm fırlanma anı hasil edən 4.4 litr həcmli V8 cüt-turbo mühərriklə qidalanır. Bu güc 8-pilləli M Steptronic transmissiya ilə M-spesifikasiyalı tam ötürücü sistemə yönləndirilir və bunun nəticəsində avtomobil 0-100 km/saat sürətlənməni cəmi 4.2 saniyəyə tamamlayaraq, 250 km/saat maksimal sürətlə hərəkət edir.

Mənbə: bmwblog.com

SEMA Avtoşousunda debüt edəcək.2015 Ford Mustang RTR modeli rəsmi olaraq təqdim edildi və noyabr ayının 7-də Las-Veqasda...
05/11/2014

SEMA Avtoşousunda debüt edəcək.

2015 Ford Mustang RTR modeli rəsmi olaraq təqdim edildi və noyabr ayının 7-də Las-Veqasda rəsmi olaraq start verəcək SEMA Avtoşousunda ictimai debüt edəcək. Daha aqressiv və daha güclü Mustang əldə etmək istəyən müştərilər üçün nəzərdə tutulan model, Amerikalı driftçi kiçik Von Jittin (Vaughn Gittin Jr.) tərəfindən işlənib hazırlanıb və tam yenilənmiş modelin bazasında inşa edilib.

Spec 1 dəsti ilə təchiz edilən avtomobil, spoyler, arxa diffuzor, yan splitter, işıqların inteqrasiya etdiyi yuxarı mövqeli radiator barmaqlığı, arxa spoyler və aşağı mövqeli radiator barmaqlığı əldə edib.

Spec 2 dəstinə isə güc yenilikləri daxil edilib, belə ki, avtomobilin 5.0 litr həcmli V8 mühərriki güclü modifikasiya edilərək 725 a.g. hasil edir. RTR Spec adlı üçüncü dəstə isə aşağı endirilmiş asqı sistemi yayları, soyuq havaqəbulediciləri və Magnaflow işlənmiş qazların xaric edilməsi sistemi daxil edilib.

2015 Ford Mustang RTR modeli yanvar ayından etibarən dünyanın bütün Ford Diler Mərkəzlərində satışa təqdim ediləcək.

Mənbə: Ford Racing

Address

Baku
AZ1022

Alerts

Be the first to know and let us send you an email when Shassi.Az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share