22/11/2022
🦋 Daha çox şeirlərdə, nağıllarda rast gəldiyimiz bu məlumat romantik bir yalandır. Təbiətdə demək olar ki, 1 gün yaşayan kəpənək növü yoxdur. "Gündəcə" var, 1 gün yaşayır, amma onu da həm tam olaraq kəpənək növü saymaq olmur, həm də kəpənək olmadan əvvəl su altında 2 il sürfə halında yaşayır.
Adətən kəpənəklər 2-4 həftə yaşayırlar. Bəzi kəpənəklər isə daha çox yaşayırlar. Məsələn, kral kəpənəyi - 9 aya qədər, "vanessa cardui" (boyalı leydi) isə 12 aya qədər yaşaya bilir. Hər şeydən əvvəl kəpənəklər əvvəlcə yumurta, sonra tırtıl (və ya sürfə), sonra pup, sonra kəpənək olurlar.
Bəzi kəpənək növləri qış yuxusuna yatır və daha sonra həyatını davam etdirə bilir. Nəsə, uzun sözün qısası - şairlərə inanmayın.
✅ İstinad: FPC, ANSP, NAT GEO
✅ Hazırladı: Albert Eynişeydi